Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-60/2022 04.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 2(039)-632/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 1.3245 ha torpaq sahəsinin üzərinə həbs qoyulması və açıq hərracda satılaraq əldə edilmiş pul vəsaitinin hesabına tələbkara borcun ödənilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-632/2020 saylı, 04.08.2020-ci il tarixli icra sənədinə əsasən 23.04.2015-ci il təvəllüdlü X1 və 01.12.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına catanadək saxlanmaları üçün Borclu hazırki qətnamə icra edildiyi gündən başlayaraq hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilməsi qət edilmişdir. İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək təqimatı onunla əsaslandırmışdır ki, icra sənədinin icrasını könüllü təmin ohunması məqsədi ilə Borclu 10 gün müddət vaxt verilmişdir. Lakin borclu bildirişi və xəbərdarlıqları almağına baxmayaraq bu günə qədər tələbi könüllü icra etməmişdir. Borcluya məxsus əmlakı müəyyən etmək məqsədi ilə məcburi icra tədbirləri həyata keçirilərək Borclu adına mülk, avtomaşın, vergi ödəyicisi kimi, əmanət olub olmaması, təqaüd alıb-almaması barədə müvafiq təşkilatlara sorğular edilmiş və Borclu məxsus Yevlax rayonu, Qaramanlı kəndində 1.3245 ha torpaq sahəsinin olduğu məlum olmuşdur. Hazırda Borclu icra sənədi üzrə cəmi 2600 manat borcu qalmaqdadır. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə tələbin Borclu məxsus Yevlax rayonu, Qaramanlı kəndində 1.3245 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq Borclu məxsus Yevlax rayonu, Qaramanlı kəndində 1.3245 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına və açıq hərracda satılaraq əldə edilmiş pul vəsaitinin borcun hesabına Tələbkar ödənilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında icra məmuru izahat verərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-632/2020 saylı 04.08.2020-ci il tarixli icra sənədi 10.08.2021ci il tarixdə icraata qəbul edilmiş və Borclu icra sənədi üzrə vaxtı-vaxtında ödənişlər etmişdir. Lakin tələbkar azyaşlı uşaqların 13.09.2020-ci il tarixdən onun yanında olmağını nəzərə alıb, alimentin həmin tarixdən hesablanmasını tələb edir. Belə ki, borclunun icra sənədi üzrə borcu yoxdur. İştirak etdiyi məhkəmə iclasında tələbkarın nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, borclu aliment borcunu 04.08.2021-ci il tarxixdən ödəyir, halbuki azyaşlı uşaqlar 13.09.2020-ci il tarixdən anaları ilə birgə yaşayırlar. Ona görə də o, borcludan 13.09.2020-ci tarixdən olan alimentini tələb edir. Sonda o, təqdimatın təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında borclununnümayəndəsi izahat verərək bildirmişdir ki, borclu onun oğludur, o, icra sənədi ürzə hər ay oğlunun yerinə alimenti özü ödəyir. Onun oğlunun tələbkara heç bir aliment borcu yoxdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd olunmalıdır. Çünki təqdimata əlavə edilmiş sənədlərdən və tərəflərin izahatından aydın olur ki, borclu 2(039)-632/2020 saylı 04.08.2020-ci il tarixli icra sənədi üzrə vaxtı-vaxtında ödənişlər etmişdir. Bundan başqa “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. - 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. - 45.1-45.6-cı maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Şərh olunan normanın məzmunundan görünür ki, icra məmuru ilk növbədə borclu şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumatları vergi orqanlarından tələb etməli, tələbin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda digər əmlaka yönəldilməlidir. İcra işinin materiallarında icra məmuru tərəfindən borclunun banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətlərinin olub – olmaması barədə sorğulara rast gəlinmir. Beləliklə icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin borcluya təqdim edildiyi vaxtdan borclu tərəfindən ödənişlər edildiyi və həmin icra sənədinin üzrsüz səbəbdən icra edilməmə faktı olmadığı üçün tələbin borcluya məxsus olan əmlaka yönəldilməsi barədə təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli, 2(039)-632/2020 saylı icra sənədi üzrə borcluya məxsus Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 1.3245 ha torpaq sahəsinin üzərinə həbs qoyulması və açıq hərracda satılaraq əldə edilmiş pul vəsaitinin hesabına tələbkara borcun ödənilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 təqdimatı təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-60/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-60/2022
04.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver