Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-61/2022 03.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli 2(044)- 3498/2020 saylı icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhər iüzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Əliyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli 2(044)-3498/2020 saylı icra sənədinə əsasən Borclu 1230 manat məbləğində borc və 30 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Təqdimata baxılması barədə iş üzrə tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyi barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Əliyev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi icra olunması üçün Gəncə şəhəri üzə İcra İdarəsinin icraatına daxil olmuşdur. İcra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin qanunun 8-ci maddəsini rəhbər tutaraq icraata başlamaq haqqında qərar qəbul olunmuş, surəti məhkəməyə və tərəflərə göndərilmişdir. Tələbin könüllü icrası üçün borclu X1 rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin tələb borclu tərəfindən ona verilmiş müddət ərzində təmin olunmamışdır. Bununla yanaşı Borclu xəbərdarlıqlar göndərilmişdir. Buna baxmayaraq borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməmişdir. Belə olduğu halda Borclu hərəkəti icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxs kimi qiymətləndirilməlidir. Bu kimi hallar baş verdikdə isə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinə istinad edib, Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsini məqsədə müvafiq hesab etmişdir. Göstərilənləri nəzərə alaraq “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli 2(044)-3498/2020 saylı icra vərəqəsi əsasında Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilərək icra sənədində göstərilən tələbin könüllü icrası üçün borcluya 10 gün vaxt verildiyi göstərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Əliyev 12 noyabr 2021-ci il tarixdə Borclu məcburi gətirilməsi haqqında qərar qəbul etmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağrışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli 2(044)- 3498/2020 saylı icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(044)-61/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-61/2022
03.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver