Məhkəmə qərarları › İş №8(044)-75/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-75/2022

03.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-75/2022 03.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-1586 saylı, 29.08.2014-cü il tarixli icra sənədinə əsasən Borclu əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri İcra İdarəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-1586 saylı, 29.08.2014-cü il tarixli icra sənədinə əsasən Borclu 1390 manat vergi borcu tutularaq dövlət büdcəsinə və 20 manat dövlət rüsumu tutularaq dövlət gəlirinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında icra məmuru X2 məhkəməyə ərizə verərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş 90853/15 nömrəli 14.01.2022-ci il tarixli təqdimata baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmurunun müraciəti nəzərə alınaraq təqdimat geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmuru X1 ərizəsi təmin edilsin. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-1586 saylı, 29.08.2014-cü il tarixli icra vərəqəsi üzrə Borclu əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatı və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar