Məhkəmə qərarları › İş №8(044)-77/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-77/2022

02.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-77/2022 02.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Borclu məxsus “VAZ-2107” minik markalı **-CG-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynov təqdimat verərək Borclu məxsus “VAZ-2107” minik markalı **-CG-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 28 noyabr 2012-ci il tarixli 2-2-3(84)-2597/2012 saylı icra vərəqəsinə əsasən Borclu 1851.67 (min səkkiz yüz əlli bir manat, altmış yeddi qəpik) manat vergi borcu və 10 (on) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqdimata baxılması barədə iş üzrə tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 14.01.2013-cü il tarixdə icraata daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq 16.01.2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, surəti tərəflərə və Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilsə də, borclu tələbi könüllü icra etməmişdir. Aparılmış icra tədbirləri zamanı məlum olmuşdur ki, “VAZ-2107” minik markalı **-CG-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydə alınmışdır. Borclu məxsus “VAZ-2107” minik markalı **-CG-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, cərimə meydançasına yerləşdirilməsinə və tələbin həmin əmlaka yönəldilməsi ilə bağlı 20.02.2018-ci il tarixli təqdimatla Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 15.03.2018-ci il tarixli, 8(044)-285/2018 saylı qərardadına əsasən Borclu məxsus “VAZ-2107” minik markalı **-CG-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin 14.12.2021-ci il tarixli qərarına əsasən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2012-ci il tarixli 2-2-3(84)-2597/2012 saylı icra sənədinin icrasına xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini rəhbər tutaraq Borclu məxsus “VAZ-2107” minik markalı **-CG-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarından görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2012ci il tarixli 2-2-3(84)-2597/2012 saylı icra sənədi üzrə 16.01.2013-cü il tarixdə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş tərəflərə göndərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli 8(044)- 285/2018 saylı qərardadının surətindən görünür ki, Borclu məxsus “VAZ-2107” minik markalı **-CG-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 14 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2012-ci il tarixli 2-2-3(84)-2597/2012 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 15.03.2018-ci il tarixli, 8(044)-285/2018 saylı qərardadı ləğv olunmalı və Borclu məxsus “VAZ-2107” minik markalı **-CG-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 15.03.2018-ci il tarixli, 8(044)-285/2018 saylı qərardadı ləğv olunsun. Borclu məxsus “VAZ-2107” minik markalı **-CG-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar