Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-78/2022 03.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Borclu məxsus “İkarus 256” avtobus markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynov təqdimat verərək Borclu məxsus “İkarus 256” avtobus markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 07 iyul 2014-cü il tarixli 2-2(84)-1140-2014 saylı icra vərəqəsinə əsasən Borclu 3278,8 (üç min iki yüz yetmiş səkkiz manat, səksən qəpik) manat məbləğində vergi borcu və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqdimata baxılması barədə iş üzrə tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 22.08.2014-cü il tarixdə icraata daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq 22.08.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, surəti tərəflərə və Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilsə də, borclu tələbi könüllü icra etməmişdir. Aparılmış icra tədbirləri zamanı məlum olmuşdur ki, “İkarus 256” avtobus markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobil Borclu adına qeydə alınmışdır. Borclu məxsus “İkarus 256” avtobus markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyularaq, cərimə meydançasına yerləşdirilməsinə və tələbin həmin əmlaka yönəldilməsi ilə bağlı 20.12.2016-cı il tarixli təqdimatla Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 23.01.2017-ci il tarixli, 8(044)-80/2017 saylı qərardadına əsasən Borclu məxsus “İkarus 256” avtobus markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin 02.12.2021-ci il tarixli qərarına əsasən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 07 iyul 2014-cü il tarixli 2-2(84)-1140-2014 saylı icra sənədinin icrasına xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini rəhbər tutaraq Borclu məxsus “İkarus 256” avtobus markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarından görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 07 iyul 2014-cü il tarixli 2-2(84)-1140-2014 saylı icra sənədi üzrə 22.08.2014-cü il tarixdə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş tərəflərə göndərilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 23.01.2017-ci il tarixli, 8(044)-80/2017 saylı qərardadının surətindən görünür ki, Borclu məxsus “İkarus 256” avtobus markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 02 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 07 iyul 2014-cü il tarixli 2-2(84)-1140-2014 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 23.01.2017-ci il tarixli, 8(044)-80/2017 saylı qərardadı ləğv olunmalı və Borclu məxsus “İkarus 256” avtobus markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 23.01.2017-ci il tarixli, 8(044)-80/2017 saylı qərardadı ləğv olunsun. Borclu məxsus “İkarus 256” avtobus markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(044)-78/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-78/2022
03.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver