Məhkəmə qərarları › İş №8(044)-79/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-79/2022

17.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-79/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Tələbkar iştirakı ilə, Samux Rayon Məhkəməsinin 2(058)-259/15 saylı 14.04.2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux Rayon Məhkəməsinin 2(058)-259/15 saylı il tarixli icra sənədinə əsasən Borclu 3655 manat və 250 manat məbləğində pul vəsaiti olmaqla cəmi 3905 manat pulun alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 məhkəməyə təqdimatla müraciət etmiş və təqdimatı onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2(83)-1140/2016 nömrəli, 22.07.2016-cı il Həmin icra sənədi Gəncə şəhəri üzrə İcra İdarəsinin icraalına daxil olmuşdur. İcra sənədinin icrasını təmin etmək: məqsədi ilə Borclu tələbin könüllü icrası. haqqında bildiriş göndərilmiş, lakin tələb borclu tərəfindən könüllü təmin olunmamışdır. İcra sənədinin icrası. ilə əlaqədar Borclu istifadəsində olan 055 ***-**- ** saylı mobil nömrə ilə 10.01.2022-ci il tarixdə saat 10:30-da əlaqə saxlanılmış, Gəncə şəhəri üzrə İcra İdarəsinə 13.01.2022-ci il tarixdə saat 10:00-a dəvət edilmiş, gəlməyəcəyi halda məcburi gətirilməsi haqqında qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, hər-hansı üzürlü səbəb göstərmədən Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməkdən boyun qaçırmışdır. Ona görə də, barəsində 13.01.2022-ci il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar qanuni qüvvəsini almış, ona görə də, hazırda müvafiq təqdimatla məhkəməyə müraciət edilmişdir. Borclu Samux rayonunda qeydiyyatda olmasına baxmayaraq, hazırda ünvan 1 ünvanında yaşayır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası “İcra Haqqında” Qanununun... 84.2-ci ” maddəsinə əsasən təqdimatın təmin olunmasını, ünvan 2 ünvanında vaşayan Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan bildirişdən və xəbərdarlıqlardan görünür ki, borcluya icra vərəqəsinin icra olunması təklif edilmiş, əks təqdirdə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. Təqdimata əlavə olunmuş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurunun 13.01.2022-ci il tarixli qərarının surətindən görünür ki, borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin 231, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İcra məmuru X1 təqdimatı təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-259/15 saylı tarixli icra sənədi üzrə borclu – xx.xx.1983-cü ildə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Samux rayon, İnstitut qəsəbəsində qeydiyyatda olan Borclu Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi qaydada gətirilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar