Məhkəmə qərarları › İş №8(044)-81/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-81/2022

17.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-81/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İmanovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY Y Ə N E T D İ : Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İmanov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16.08.2018-ci il tarixli 2(044)-1968/2018 saylı icra sənədinə əsasən Borclu 05 fevral 2007-ci il tarixdə anadan olmuş X1 və 28 iyul 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 29 mart 2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Təqdimat vermiş şəxs və tərəflər təqdimatın baxılması vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələbinə əsasən təqdimata, təqdimat vermiş şəxsin və tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İmanov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 29.08.2018-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 (on) gün müddət müəyyən edilmişdir. Bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilməmişdir. Borcluya məsuliyyətə cəlb edilmə barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq o, aliment borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Həmçinin Borclu aliment borcu 10040 (on min qırx) manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16.08.2018-ci il tarixli 2(044)-1968/2018 saylı icra sənədinə əsasən Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İcra sənədinin vaxtında borclu tərəfindən könüllü icra edilməməsi, onun Azərbaycan Respublikası ərazisini tərk etmək ehtimalının olması və bunun nəticəsində icra sənədinin icrasız qalmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84- 1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16.08.2018-ci il tarixli 2(044)-1968/2018 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar