Məhkəmə qərarları › İş №8(044)-85/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-85/2022

18.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-85/2022 18.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(044)- 6600/2016 saylı icra sənədinin icrası ilə bağlı borclu Mürsəlova (Şirinova) Təhminə Vaqif qızının Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Starə Əliyevanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Starə Əliyeva məhkəməyə təqdimatla müraciət edərək, borclu Mürsəlova (Şirinova) Təhminə Vaqif qızının Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(044)-6600/2016 saylı icra sənədinə əsasən borclu xx.xx.1987-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuş, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 2-ci döngə, ev 18-də yaşayan Mürsəlova (Şirinova) Təhminə Vaqif qızından məhkəmə əmri icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə cəmi 653,26 (altı yüz əlli üç dollar, iyirmi altı sent) ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Təqdimata baxılması barədə iş üzrə tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Starə Əliyeva təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi 31.01.2017-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul olunaraq surəti məhkəməyə və tərəflərə göndərilmişdir. Tələbin könüllü icrası üçün borclu Mürsəlova (Şirinova) Təhminə Vaqif qızına rəsmi qaydada bildiriş göndərilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin borclu Mürsəlova (Şirinova) Təhminə Vaqif qızı tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq bugünki tarixə qədər borclu borcunu ödəməmiş və Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməmişdir. Belə olduğu halda borclu Mürsəlova (Şirinova) Təhminə Vaqif qızının hərəkəti icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxs kimi qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən borclu Mürsəlova (Şirinova) Təhminə Vaqif qızının məcburi gətirilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar borclu Mürsəlova (Şirinova) X1 şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(044)-6600/2016 saylı icra vərəqəsi əsasında Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 31 yanvar 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu Mürsəlova (Şirinova) Təhminə Vaqif qızına tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, icra sənədində göstərilən tələbin könüllü icrası üçün borcluya 10 gün vaxt verildiyi göstərilmiş və dəfələrlə xəbərdarlıq edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(044)- 6600/2016 saylı icra sənədi üzrə borclunun məcburi gətirilməsi haqqında 13 dekabr 2021ci il tarixdə qərar qəbul etmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(044)- 6600/2016 saylı icra sənədinin icrası ilə bağlı borclu Mürsəlova (Şirinova) X1 şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar