Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-86/2022 18.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli 2(011)-9231/2017 saylı icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Cəfərovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Cəfərov məhkəməyə təqdimatla müraciət edərək, Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli 2(011)-9231/2017 saylı icra sənədinə əsasən 25.08.2017-ci il tarixdən hesablanmaqla Borclu 25.11.2015-ci il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay 137 (yüz otuz yeddi) manat sabit pul məbləğində aliment alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata baxılması barədə iş üzrə tərəflərə və Gəncə şəhəri üzrə İcra İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, Gəncə şəhəri üzrə İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Cəfərov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, tələbin könüllü icrası üçün iş üzrə borcluya rəsmi qaydada bildiriş göndərilməklə qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. Qanunun bütün tələbləri borcluya izah olunmuş, lakin borclu üzrsüz səbəbdən icradan yayınmağa çalışmışdır. Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət edilməsinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək çağırışa gəlməmişdir. Belə ki, Borclu aliment qət olunduğu gündən hal-hazıra kimi ödənişlər etsə də, son 4 (dörd) ay ərzində aliment pulundan heç bir ödəniş etməmişdir. Qeyd edilənləri nəzərə alaraq “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən Borclu məcburi qaydada Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli 2(011)- 9231/2017 saylı icra vərəqəsi əsasında Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 24 yanvar 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Cəfərov 19 yanvar 2022-ci il tarixdə Borclu məcburi gətirilməsi haqqında qərar qəbul etmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli 2(011)-9231/2017 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(044)-86/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-86/2022
18.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver