Məhkəmə qərarları › İş №8(044)-96/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-96/2022

14.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-96/2022 14.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, Gəncə şəhər Nizami rayon Məhkəməsinin e-2(044)-4005/2018-015 saylı, 30.07.2018-ci il tarixli icra sənədinə əsasən Borclu məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Zeynalov məhkəməyə təqdimatla müraciət edərək, Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilmələrinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nİzami Rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli e-2(044)-4005/2018-015 saylı icra sənədinə əsasən Borclu 643 ABŞ dolları məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar BOKT Vijn Fond Azərkredit MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Təqdimata baxılması barədə iş üzrə tərəflər və Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, İcra İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər və təqdimata onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata iş üzrə tərəflərin və Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsininicra məmuru İlkin Zeynalov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmiş, lakin Borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasının təmin etməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq, Borclu həmin borcu ödəməkdən və icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmışdır. Qeyd edilənləri nəzərə alaraq “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən borclunun məcburi gətirilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməlidirlər. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli e-2(044)- 4005/2018-015 saylı icra vərəqəsi əsasında 03.09.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, icra sənədində göstərilən tələbin könüllü icrası üçün borcluya 10 gün vaxt verildiyi göstərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 şəhəri Nizami Rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli e-2(044)-4005/2018-015 saylı icra sənədi üzrə borclunun məcburi gətirilməsi haqqında 26 yanvar 2022-ci il tarixdə qərar qəbul etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30.07.2018-ci il tarixli e-2(044)- 4005/2018-015 saylı icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar