Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(044)-98/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Gəncə şəhər 5 saylı Notariat Kontorunun 02.04.2021-ci il tarixli, 2217 nömrəli icra sənədi üzrə Borclu məcburi qaydada gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər 5 saylı Notariat Kontorunun 2217 nömrəli, 02.04.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 30536.06 (otuz altı min beş yüz otuz altı ABŞ dolları, altı sent) ABŞ dolları məbləğində pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcar məmuru təqdimatla məhkəməyə müraciət edərək, təqdimatı onunla əsaslandırılmışdır ki, icra vərəqəsi 08.04.2021.ci il tarixdə icraata daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq 09,04.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, surəti tərəflərə və Gəncə şəhər 5 saylı Notariat Kontoruna göndərilmişdir. Bununla bağlı Borclu tələbin könüllü icrası haqqında bildiriş verilmiş və idarəyə dəvət edilmişdir. Lakin borclu tələbi könüllü icra etməmiş və dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq müxtəlif bəhanə gətirərək qərəzli olaraq icraatdan yayınmışdır. Aparılmış icra tədbirlərinin nəticəsi olaraq borclunun ünvanına gedilsə də onu evdə tapmaq mümkün olmamışdır. Aparılmış ica tədbirlərinə baxmayaraq Borclu idarəyə gətirilməsi mümkün olmamışdır. Gəncə şəhər 5 saylı Notariat Kontorunun 2217 nömrəli, 02.04.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci və 84.3-cü maddələrinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. İş materiallarına nəzər saldıqda isə görünür ki, icra məmuru tərəfindən borclunun məcburi gətirilməsi haqqında qərar qəbul olunsa da, icra qurumunun rəhbəri tərəfindən həmin qərar yoxlanılaraq təsdiq olunmamışdır. İcra məmuru tərəfindən borclunun məcburi gətirilməsi haqqında qəbul olunmuş qərarın icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Gəncə şəhər 5 saylı Notariat Kontorunun 2217 nömrəli, 02.04.2021-ci il tarixli icra sənədi üzrə borclu Borclu məcburi qaydada gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №8(044)-98/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(044)-98/2022
10.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver