Məhkəmə qərarları › İş №8(046)-101/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-101/2024

21.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-101/2024 21.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Göyçay rayon İcra və Probasiya şöbəsinin İcra X2, Borclular Borclu1 və X5 iştiraki ilə, X10 Göyçay rayon İcra və Probasiya şöbəsinin İcra X2 icra sənədi üzrə icraatın təzələnməsi barədə ərizəsinə Göyçay şəhərində baxaraq, məhkəmə müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 2(046)- 29/2020 nömrəli, 14 yanvar 2020-ci il tarixli qətnaməsi üzrə icra işinin təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 ərizəni belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-29/2020 nömrəli, 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə qismən iddia təmin edilərək, iddiaçı X11 məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışına əsasən Göyçay rayonu Potu kəndində yerləşən 1.1036 ha torpaq sahəsinin 0.1115 hektarından cavabdehlər X7, Borclu1 və X5 çıxarılsın. 10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı X11 verilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 87 manat məhkəmə xərcinin cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-815/2020 nömrəli, 11 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(046)-29/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Mahir Əsədli ) Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5029/2021-nömrəli, xx.xx.2021 - ci il tarixli qərarı ilə cavabdeh Borclu1 kassasiya şikayəti təmin edilməməsi və Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-815/2020 nömrəli, 11 avqust 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılsı qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-29/2020 nömrəli, 14 yanvar 2020-ci il tarixli qətnaməsi icraya yönəlmiş, lakin tam icra edilməmişdir.Buna görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara məlumat verilməsinə baxmayaraq, X13 məhkəmə iclasında iştirak etməmişdir. Göyçay rayon İcra və Probasiya şöbəsinin İcra X6 göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-29/2020 nömrəli, 14 yanvar 2020-ci il tarixli icra sənədi icra yönəldikdən sonra tam olaraq icra edilmiş,icra edilməsi barədə tələbkarın və borcluların iştirakı xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. Bundan sonra icra edilmiş icra sənədinin məhkəməyə qaytarılması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Buna görə də ərizənin rədd edilməsini xahiş etmişdir. Borclular Borclu1 və X8 göstərmişlər ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışa əsasən onların və digər ailə üzvlərinin mülkiyyətində 0.11 ha həyətyanı torpaq sahəsi vardır və qeyd edilən torpaq sahəsindən istifadə edirlər. X3 məxsus torpaq sahəsindən istifadə etmirlər. Buna görə də ərizənin rədd edilməsini xahiş etmişlər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-29/2020 nömrəli, 14 yanvar 2020-ci il tarixli qətnaməsi tam olaraq icra edilmiş, X11 məxsus Göyçay rayonu Potu kəndində yerləşən 1.1036 ha torpaq sahəsindən borclular Borclu1 və X8 çıxarılmışdır. Hazırda Borclu1 və X8 həmin torpaq sahəsindən istidafə etmirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X10 Göyçay Rayon Məhkəməsinin 2(046)-29/2020 nömrəli, 14 yanvar 2020-ci il tarixli qətnaməsi üzrə icra işinin təzələnməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: X1 Göyçay Rayon Məhkəməsinin 2(046)-29/2020 nömrəli, 14 yanvar 2020-ci il tarixli qətnaməsi üzrə icra işinin təzələnməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar