Məhkəmə qərarları › İş №8(046)-102/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-102/2024

25.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-102/2024 25.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, tərəflərin iştirakı olmadan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatına baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-370/2023 saylı icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, e-2(046)-370/2023 nömrəli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Göyçay rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Təqdimata baxılmasının vaxtı və yeri barədə bildirişin təqdimat vermiş şəxsə, borcluya və tələbkara göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata təqdimat vermiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-370/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X1 xeyrinə verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-370/2023 saylı icra vərəqəsinə əsasən icraata başlanılmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən çıxarışda Borclu məxsus heç bir əmlak və maliyyə vəsaiti aşkar edilməmişdir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə qeyd edir ki, iş materiallarında könüllü icra üçün bildirişin borcluya təqdim olunmasını təsdiq edən sənəd əlavə edilməmiş, icraata başlama haqqında bildirişin borcluya hansı tarixdə göndərilməsi, borclunun bildirişi nə vaxt alması sifarişli poçt qəbzindən müəyyən etmək mümkün olmamış, lakin Borclu xx.xx.2023-cü il tarixdə Göyçay rayon icra və probasiya şöbəsində vermiş olduğu izahatından və barəsində icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirildiyində icra sənədi üzrə tələbkar X3 olan aliment borcundan məlumatlı olduğu, bununla da icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi öz təsdiqini tapmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 268, 395, 396-cı maddələrini rəhbər tutan məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(046)-370/2023 saylı icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar