Məhkəmə qərarları › İş №8(046)-112/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-112/2023

27.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-112/2023 27.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İcra sənədini icra edən Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimata onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 1559/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 13 yanvar 2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Tərəfindən Borclu rəsmi qaydada qərar və bildiriş göndərilməklə ona hüquq və vəzifəsi izah edilərək, borclu olduğu aliment pulunu Tələbkar xeyrinə ödəməsi ona təklif edilmişdir. Bununla əlaqədar Borclu 10 gün könüllü müddət verilməsinə baxmayaraq o, şöbəyə gəlməməklə barəsində olan aliment borcunu Tələbkar xeyrinə ödəməmisdir. Belə olduğu halda Borclu təkrarən rəsmi qaydada bildiriş göndərilməklə ona “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi izah edilərək bildirilmişdir ki, icra məmuru tərəfindən icra sənədi alındığı gündən 2 ay müddətində icra hərəkətləri həyata keçirilməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Lakin Borclu barəsində olan aliment borcunu ödəməmiş və ödəməkdən də müxtəlif bəhanələr gətirərək qəsdən və qərəzli səkildə boyun qaçırmışdır və O şöbəyə gəlməməklə barəsində olan aliment borcunu Tələbkar xeyrinə ödəməmişdir. Bundan sonra icra tədbirləri davam etdirilməklə Borclu qeydiyyatda olduğu ünvan 1i ünvanında olarkən orada ailənin zəruri ehtiyacını ödəyə biləcək əşya və əmlaklarından başqa digər hər hansı qiymətli əşya və əmlak aşkar olnumamışdır. Bundan sonra Borclu adına hər hansı bir daşınar və daşınmaz əmlakının olum-olmadığına, işləyib-işləmədiyinə, hər hansı bir növdə təqaüd alıbalmadığına, banklarda hesabının və həmin hesablarda pul vəsaitinin-olub-olmadığına, həmçinin vergi ödəyicisi kimi qeydiyyata alınıb-alınmadığına dair lazımi orqanlara rəsmi sorğular edilmişdir. Edilmiş sorğuların cavabında Şöbəyə məlum olmuşdur ki, Borclu mülkiyyətində VAZ 21074 59-BF386 nömrəli dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır, lakin heç bir yerdə işləmər, heç bir təqaüd növü almır, onun adına daşınmaz əmlak və ya banklarda pulu yoxdur, həmçinin vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Belə olduğu halda icra tədbirləri davam etdirilməklə Borclu qeydiyyatda olduğu və yaşadığı ünvana rəsmi sifarişli məktubla xəbərdarlıq göndərilərək ona hüquq və vəzifələri izah edilmiş, borcunu ödəmədiyi halda inzibati və cinayət məsuliyyəti daşıyacağı diqqətinə çatdırılmışdır. Odur ki, Borclu məhkəmə qərarının icrasından yayınmaq məqsədi ilə istənilən vaxt uzun müddətə ölkə hüdudlarını tərk etmə ehtimalı vardır. Ona görə də Borclu ölkədən getmək hüquqları borc ödənilib qurtaran günədək məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş borclu, tələbkar və təqdimat verən orqana göndərilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır Məhkəmə təqdimat verən şəxsin izahatını nəzərə alaraq, təqdimatın əsaslılığını yoxlayıb, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.2.1,2.2.2 və 2.2.3-ci bəndlərinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təqdimata əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, icra məmuru tərəfindən «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.2-ci bəndinin şərtlərinə riayət edilmədən məhkəməyə təqdimat verilmişdir. Belə ki, icra işinə əlavə edilmiş sənədlərdən borcluya bildirişin rəsmən təqdim edilməsini təsdiq edən sənədin olması müəyyən olunmamış, habelə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini müəyyən etmək üçün izahatı alınmamışdır. Məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1559/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: 2(046)-1559/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar