Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-113/2023 29.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, İcra sənədi üzrə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 22 may 2023-cü tarixli, 2(046)-475/2023-cü il saylı icra sənədinə əsasən iddia təmin edilmiş, 5000 manat borc və 70 manat dövlət rüsumu cavabdeh Borclu alınıb iddiaçı X1 xeyrinə verilməsi qət edilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş təqdimatda göstərilmişdir ki, icra sənədi icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. Borcluya göndərilən “tələbin könüllü icra haqqında” bildirişə, çağırışa, edilən xəbərdarlığa baxmayaraq o, icra şöbəsinə gəlməkdən boyun qaçırmış və icra sənədi üzrə tələbi təmin etməməklə tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına şərait yaratmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş təqdimat vermiş şəxs və tələbkar məhkəməyə gəlməmiş, icra sənədi üzrə borclu məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar gələ bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Borclu səhhətində problemlərin olduğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etmədiyindən məhkəmə onun xahişini işə baxılmasının suni şəkildə uzadılması kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə təqdimatın əsaslılığını yoxlayıb, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Borclu göndərilmiş bildiriş görünür ki, Göyçay Rayon Məhkəməsinin 22 may 2023-cü tarixli, 2(046)-475/2023-cü il saylı icra sənədinin icra olunması izah olunmuş, bununla əlaqədar şöbəyə çağırılması, gəlmədiyinə görə barəsində qəbul edilmiş «Borclunun məcburi gətirilməsi haqqında» qərarı məlumat üçün ona göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə hesab edir ki, icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınan Göyçay Rayon Məhkəməsinin 22 may 2023-cü tarixli, 2(046)-475/2023-cü il saylı icra sənədinə əsasən Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq edilməli, bununla da təqdimat təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 297-ci maddələrini rəhbər tutub, qərara aldı: Təqdimat təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 22 may 2023-cü tarixli, 2(046)-475/2023-cü il saylı icra sənədi üzrə borclu Göyçay rayonu Yekəxana kəndində qeydiyyatda olan Borclu barəsində Göyçay rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilmə tədbiri tətbiq edilsin. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №8(046)-113/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-113/2023
29.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver