Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-12/2024 23.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, borclu X2 iştirakı ilə, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Göyçay rayon Məhkəməsinin 2(046)-1149/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə təqdimatına Göyçay şəhərində baxaraq, məhkəmə müəyyən etdi: Göyçay rayon Məhkəməsinin 2(046)-1149/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X1 1100 manat pulun və 31 manat dövlət rüsumunun tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, icra sənədinin icrası ilə bağlı borclu X4 icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən boyun qaçırır. Buna görə də icra məmuru borclu X2 məcburi qaydada şöbəyə gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Borclu X4 izahat verərək göstərmişdir ki, icra məmurunun çağırışlarına gedir, boyun qaçırmır. Bundan başqa barəsində qəbul edilmiş məcburi gətirilmə haqqında qərar ona göndərilməmişdir. Buna görə də təqdimatın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin iclasının yeri və vaxtı barədə icra məmuruna və tərəflərə məlumat verilmiş, icra məmuru və tələbkar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə icra məmurunun və tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materaillarına əlavə edilmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, Göyçay rayonu Ləkçıplaq kəndində yaşayan borclu X2 icra işinin icrası ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi üçün Göyçay rayon Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən İcra haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməmiş, qəbul edilmiş qərar icra qrumunun rəhbəri tərəfindən təsdiq edilməmiş, həmin qərar məlumat üçün borcluya göndərilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 395, 396-cı maddələrini və İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq , məhkəmə Qərar verdi: Borclu Göyçay rayonu Ləkçıplaq kəndində yaşayan X2 Göyçay rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №8(046)-12/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-12/2024
23.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver