Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-142/2024 05.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, X1 iştirakı ilə, X2 ərizə ilə məhkəməyə müraciət edərək Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması barədə” qərarından şikayətə Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 ərizə ilə məhkəməyə müraciət edərək Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra işinin Göyçay rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəni müdafiə edərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 124/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən X10, mülkiyyətində olan 0.72 ha həyətyanı torpaq sahəsinə, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan 0.1034 ha həyətyanı torpaq sahəsinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrində xx.xx.2019-cu il tarixdə qeydə alınmış çıxarışa əsasən X3 mülkiyyətində 0.6208 ha həyətyanı torpaq sahəsinə və RX seriyalı ******* nömrəli çıxarışa əsasən X12 mülkiyyətində olan 0.1034 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində cavabdeh Borclu tərəfindən yerləşdirilmiş dəmir qapı cavabdehin vəsaiti hesabına sökülsün və həmin torpaq sahəsinə gedən gedişgəliş yolu açılması qət edilmişdir. Bundan sonra qətnamə icra edilməsi üçün Göyçay rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. İcra məmuru tərəfindən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir.Qərar belə əsaslandırılmışdır ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(0461-124/2021 saylı icra vərəqəsinə və qətnaməsinə əsasən Göyçay rayonu Qarabaqqal kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən X10, mülkiyyətində olan 0,72 ha həyətyanı torpaq sahəsinə, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X6 mülkiyyətində olan 0.1034 ha həyətyanı torpaq sahəsinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrində xx.xx.2019-cu il tarixdə qeydə alınmış çıxarışa əsasən X4 mülkiyyətində 0.6208 ha həyətyanı torpaq sahəsinə və RX seriyalı ******* nömrəli çıxarışa əsasən X12 mülkiyyətində olan 0,1034 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində cavabdeh Borclu tərəfindən yerləşdirilmiş dəmir qapı cavabdehin vəsaiti hesabına sökülsün və həmin torpaq sahəsinə gedən gedişgəliş yolu açılmalı, is üzrə ekspertiza xərcləri olan 100 manat cavabdehlərdən müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ34CTRE**********0002088501 nömrəli hesabına keçirilməli, dövlət rüsumu kimi ödənilmiş 10 manat cavabdeh Borclu alınaraq X15 verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-172/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(046)-124/2021 saylı qətnaməsi cavabdeh Borclu apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmək istəyirəm ki, icra məmurları tərəfindən qeyd edilən icra vərəqəsi və qətnamə icra edilmiş, cavabdeh tərəfindən qeyd edilən dəmir darvaza sökülmüşdür. Sonradan cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirirərək qeyd edilən əraziyə yenidən darvaza quraşdırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə borcu və icra məmuruna məlumat verilmiş, lakin icra məmuru və borclu məhkəmə iclasında iştirak etməmişlər.. İş üzrə tərəfləri dinləyən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(0461-124/2021 saylı qətnaməsindən görünür ki, Gövcav rayonu Qarabaqqal kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən X10, mülkiyyətində olan 0.72 ha həyətyanı torpaq sahəsinə, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X6 mülkiyyətində olan 0.1034 ha həyətyanı torpaq sahəsinə Hüquqların Dövlət qevdivvatı haqqında daşınmaz əmlakın reyestrində xx.xx.2019-cu il tarixdə qeydə alınmış çıxarışa əsasən X4 mülkiyyətində 0.6208 ha həyətyanı torpaq sahəsinə və RX seriyalı ******* nömrəli çıxarışa əsasən X12 mülkiyyətində olan 0.1034 ha həyətyanı torpaq sahəsinə gedən qedis-qəlis yolunun üzərində cavabdeh Borclu tərəfindən yerləşdirilmiş dəmir qapı cavabdehin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinə gedən qedis-qəlis yolu açılmalısı qət edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması barədə qərardan görünür ki, Göyçav rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(0461-124/2021 saylı icra vərəqəsinə və qətnaməsinə əsasən Gövcav rayonu Qarabaqqal kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən X10, mülkiyyətində olan 0.72 ha həyətyanı torpaq sahəsinə, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X6 mülkiyyətində olan 0.1034 ha həyətyanı torpaq sahəsinə Hüquqların Dövlət qevdivvatı haqqında daşınmaz əmlakın reyestrində xx.xx.2019-cu il tarixdə qeydə alınmış çıxarışa əsasən X4 mülkiyyətində 0.6208 ha həyətyanı torpaq sahəsinə və RX seriyalı ******* nömrəli çıxarışa əsasən X12 mülkiyyətində olan 0.1034 ha həyətyanı torpaq sahəsinə gedən qedis-qəlis yolunun üzərində cavabdeh Borclu tərəfindən yerləşdirilmiş dəmir qapı cavabdehin vəsaiti hesabına sökülsün və həmin torpaq sahəsinə gedən qedis-qəlis yolu açılmalı, is üzrə ekspertiza xərcləri olan 100 manat cavabdehlərdən müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1. AZ34CTREQ**********002088501 nömrəli hesabına keçirilməli, dövlət rüsumu kimi ödənilmiş 10 manat cavabdeh Borclu alınaraq X15 verilmişdir. Beləliklə də “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5ci maddəsinə əsasən icra sənədi tamamilə icra olunmuşdur. Odur ki, Gövcav ravon Məhkəməsinin xx.xx.2021-ci il tarixli. 2(0461-124/2021 saylı icra vərəqəsinin icraatına "İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddələrinə əsasən xitam verilmişdir. Məhkəməyə təqdim edilmiş foto şəkillərdən görünür ki, şikayətçinin mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş yolu üzərində dəmir darvaza quraşdırılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-52/2022 saylı icra sənədi icra edildikdən sonra icraatına xitam verilmişdir. Lakin sonradan Borclu Gövcay rayonu Qarabaqqal kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən X10, mülkiyyətində olan 0.72 ha həyətyanı torpaq sahəsinə, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X6 mülkiyyətində olan 0.1034 ha həyətyanı torpaq sahəsinə Hüquqların Dövlət qevdivvatı haqqında daşınmaz əmlakın reyestrində xx.xx.2019-cu il tarixdə qeydə alınmış çıxarışa əsasən X4 mülkiyyətində 0.6208 ha həyətyanı torpaq sahəsinə və RX seriyalı ******* nömrəli çıxarışa əsasən X12 mülkiyyətində olan 0.1034 ha həyətyanı torpaq sahəsinə gedən qedis-qəlis yolunu dəmir darvaza ilə bağlamışdır. İcra Haqqında Azərbaycan Respublikası qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi, icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə "məhkəmə araşdırmasının ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornisi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Buna görə də məhkəmə hesab edir ki, Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması barədə qərar ləğv edilməli, icra hərəkətləri davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 395, 396-cı maddələrini və İcra haqqında Azərbaycan Respublikası İcra Haqqında Qanununun 20-ci maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R V E R D İ: Ərizə təmin edilsin. Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması barədə qərar ləğv edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-124/2021 saylı icra vərəqəsi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardadın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №8(046)-142/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-142/2024
05.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver