Məhkəmə qərarları › İş №8(046)-145/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-145/2024

12.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-145/2024 12.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, X1, Göyçay rayon İcra və Probasiya şöbəsinin İcra X2 iştiraki ilə, X8 Göyçay rayon İcra və Probasiya şöbəsinin İcra X2 qanuna zidd hərəkətlərindən şikayətə Göyçay şəhərində baxaraq, məhkəmə müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək Göyçay rayon İcra və Probasiya Şöbəsinin, hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 ərizəni müdafiə edərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(046)-7/2024 saylı qətnaməsi ilə iddiaçı X6 ona qarşı “kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddiasını təmin edərək, onun Göyçay şəhəri, Nizami küçəsi 135 saylı evin 56 saylı mənzilinə olan istifadə hüququna mülkiyyətçi X11 tərəfindən 10.000 manat məbləğində pul kompensasiya verilməsi yolu ilə xitam verilməsi, və onun həmin mənzildən çıxarılması, ona kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasının eyni vaxtda icra olunmasını qət etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra edərkən Göyçay rayon İcra və probasiya şöbəsinin icra məmuru Hikmət Quliyev qanun pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə qətnaməsində onun Göyçay şəhəri, Nizami küçəsi 135 saylı evin 56 saylı mənzilinə olan istifadə hüququna mülkiyyətçi X11 tərəfindən 10.000 (on min) manat məbləğində pul kompensasiya verilməsi yolu ilə xitam verilməsi və onun həmin mənzildən çıxarılması, ona kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasının eyni vaxtda icra olunmasını qət edilsə də icra məmuru onunla 13 il həmin mənzildə yaşayan rəsmi nigahda olan həyat yoldaşını da mənzildən məcburi qaydada çıxarmış və 10.000 manat kompensasiyanı ona təqdim etmədən qətnamənin icra edilməsi barədə xx.xx.2024-cü il tarixdə akt tərtib etmişdir. Həmin Aktda qeyd edilib ki, X11 tərəfindən 10.000 manat məbləğində pul kompensasiaya verilməsi təmin olunaraq, Göyçay şəhəri, Nizami küçəsi, 135A saylı evin 56 saylı mənzilindən çıxarılmışdır. Guya Aktı tərtib etmək ona təklif olunub və Aktı imzalamaqdan imtina etmişdir. Qətnamə icra edilərkən həmin gün ona 10000 manat kompensasiya pul təklif olunmayıb, nə də Aktı imzalamışdır. Rəsmi nigahda olduğu arvadı X12 2011-ci ildən xx.xx.2024-cü ilə qədər (qətnamə icra olunduğu günədək) 13 il müddətində qeyd olunan ünvanda yaşaması barədə qonşuların tərtib etdikləri Akt və Göyçay Şəhər Təsərrüfatı idarəsinin verdiyi arayışla da öz təsdiqini tapır. 10000 manat pul kompensasiyanın verilməsi üçün bir neçə dəfə icra məmuruna müraciət etdikdən sonra 27 noyabr 2024-cü ildə icra məmuru onu şöbəyə dəvət edərək aktı imzalamağı təklif etdikdə məlum oldu ki, həmin 10.000 manat pul kompensasiyası məhkəmə qətnaməsində göstərildiyi kimi Nigar Muradova tərəfindən yox, Əlibaba Muradov tərəfindən ödənilir. Hakbu ki, X6 X7 Göyçay rayon notariat ofisində xx.xx.2019-cu ildə verdiyi etibarnamədə onun adından əmlakı və pulu almaq səlahiyyətini versə də, pul vermək səlahiyyəti verməmişdir. Bu səbəbdən də X5 ona X6 adından məhkəmə qətnaməsinə göstərilən 10.000 manat kompensasiyanı almaqdan imtina etmişdir. Göyçay rayon İcra və Probasiya şöbəsinin İcra X4 göstərmişdir ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-726/2024 saylı icra vərəqəsi üzrə borclu X10 ödəniləcək 10.000 manat kompensasiya məbləği hazırda Göyçay rayon İcra və Probasiya şöbəsinin depozit hesabındadır. Borclu qeyd edilən məbləği depozit hesabından götürməkdən imtina edir. Məhkəmə baxışı zamanı qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra X17 hər hansı qanun pozuntusuna yol verdiyi müəyyən edilməmişdir. Şikayətçinin ərizəsində qeyd etdiyi xüsusatlar məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Şikayətçi Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-7/2024 sayl icra vərəqəsinin icrası ilə bağlı Göyçay rayon İcra və Probasiya şöbəsinin İcra X4 tərəfindən hər hansı qanun pozuntusuna yol verdiyini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X8 Göyçay rayon İcra və Probasiya şöbəsinin icra X17 hərəkətlərinin qanunazidd hesab edilməsi barədə şikayəti rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 395, 396-cı maddələrini və İcra haqqında Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdı̇ : Şikayət təmin edilməsin. X1 Göyçay rayon İcra və Probasiya şöbəsinin icra X17 hərəkətlərinin qanunazidd hesab edilməsi barədə şikayəti rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar