Məhkəmə qərarları › İş №8(046)-148/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-148/2024

26.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-148/2024 26.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Borclu iştirakı ilə, Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimata Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Göyçay rayonu İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 məhkəməyə təqdimatla müraciət edərək Borclu məxsus **-TN-*** dövlət qeydiyyat nişanlı «QAZ-2705 Yük» markalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-370/2024 saylı xx.xx.2024-ci il tarixli icra vərəqəsinə əsasən 22800 manat pulun və 158.4 manat dövlət rüsumunun Borclu tutularaq Tələbkar xeyrinə verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Göyçay rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-370/2024 saylı icra sənədinə əsasən Borclu adına qeydə alınmış QAZ 2705 Yük markalı 10-TN- 128 dövlət nömrə nişanlı maşın üzərinə Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(046)-67/2024 saylı Qərardadı ilə həbs qoyulmuşdur. Qeyd edilən avtomobil qiymətləndirərək Tələbkar Paşa oğluna təklif edilmişdir. Tələbkar həmin avtomobili borc əvəzinə qəbul etdiyini bildirmişdir. Odur ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(046)-67/2024 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş QAZ 2705 Yük markalı **-TN-*** dövlət nömrə nişanlı maşın Göyçay rayon Polis Şöbəsinin cərimə meydançasından götürülərək icra sənədi üzrə Tələbkar xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir.Buna görə də Borclu məxsus QAZ 2705 Yük markalı **-TN-*** dövlət nömrə nişanlı maşının üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Borclu təqdimatın təmin edilməsinə etiraz etməmişdir. Təqdimatdan görünür ki, icra sənədinə əsasən X4 "xxxx" SŞ ASC-yə borcu olduğundan **-TN-*** dövlət qeydiyyat nişanlı, «QAZ-2705 Yük» markalı avtomobilin üzərinə Göyçay Rayon Məhkəməsinin 8(046)-133/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadına əsasən həbs qoyulmuşdur. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, Göyçay rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 təqdimatı təmin olunmalıdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(046)-67/2024 saylı qərardadından görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-370/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına qeydə alınmış QAZ 2705 Yük markalı **-TN-*** dövlət nömrə nişanlı maşın üzərinə həbs qoyulmuşdur. Tərəqqi MMC-nin əmlakın qiymətləndirilməsi barədəxx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, QAZ 2705 Yük markalı **-TN-*** dövlət nömrə nişanlı avtomobilin dəyəri 12.000 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 370/2024 saylı xx.xx.2024-ci il tarixli icra vərəqəsinə əsasən Borclu məxsus QAZ 2705 Yük markalı **-TN-*** dövlət nömrə nişanlı avtomobilin Tələbkar tərəfindən qəbul edilməsi və qeyd edilən avtomobilin Tələbkar təhvil verilməsi barədə akt tərtib edilmişdir. Akt Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 və Tələbkar tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 8(046)-133/2017 saylı, xx.xx.2017-ci saylı icra sənədinə əsasən **-TN-*** dövlət qeydiyyat nişanlı, “QAZ-2705 Yük” markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(046)-67/2024 saylı qərardadına əsasən **-TN-*** dövlət qeydiyyat nişanlı “QAZ-2705 Yük” markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yevlax RQİ və TBŞ-nə həvalə edilsin. Qərardaddan 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar