Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-29/2024 12.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi ilə, İcra sənədi üzrə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 16 may 2023-cü tarixli, e-2(046)-1060/2023 saylı icra sənədinə əsasən cavabdehlər Borclu və X1 müştərək qaydada 1579 manat 63 qəpik əsas borc, 260 manat 22 qəpik faiz borcu, 63 manat cərimə borcu olmaqla, cəmi 1902 manat 85 qəpik kredit borcu və 39 manat 02 qəpik dövlət rüsumu tutularaq iddiaçı Tələbkar BOKT ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş təqdimatda göstərilmişdir ki, icra sənədi icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. Borcluya göndərilən “tələbin könüllü icra haqqında” bildirişə, çağırışa, edilən xəbərdarlığa baxmayaraq o, icra şöbəsinə gəlməkdən boyun qaçırmış və icra sənədi üzrə tələbi təmin etməməklə tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına şərait yaratmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş borclu, təqdimat vermiş şəxs və tələbkar məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə təqdimatın əsaslılığını yoxlayıb, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Borclu göndərilmiş bildirişdən görünür ki, Göyçay Rayon Məhkəməsinin 16 may 2023-cü tarixli, e-2(046)-1060/2023 saylı icra sənədinin icra olunması izah olunmuş, bununla əlaqədar şöbəyə çağırılması, gəlmədiyinə görə barəsində qəbul edilmiş «Borclunun məcburi gətirilməsi haqqında» qərarı məlumat üçün ona göndərilmiş və borclu tərəfindən şəxsən qəbul edilmişdir (poçtdan alınmış xəbərnamələr). «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə hesab edir ki, icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınan Göyçay Rayon Məhkəməsinin 16 may 2023-cü tarixli, e-2(046)-1060/2023 saylı icra sənədinə əsasən Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq edilməli, bununla da təqdimat təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 16 may 2023-cü tarixli, e-2(046)-1060/2023 saylı icra sənədi üzrə borclu Göyçay rayonu Bığır kəndində qeydiyyatda olan Borclu barəsində Göyçay rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilmə tədbiri tətbiq edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №8(046)-29/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-29/2024
12.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver