Məhkəmə qərarları › İş №8(046)-32/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-32/2024

14.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-32/2024 14.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(046)-1670/2022 saylı icra sənədi üzrə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması haqqında Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e-2(046)-1670/2022 saylı icra vərəqəsinə əsasən cavabdehlər Borclu və X1 müştərək qaydada 2268 manat 43 qəpik əsas borc, 213 manat 53 qəpik faiz borcu, 3 manat 10 qəpik cərimə borcu olmaqla, cəmi 2485 manat 06 qəpik kredit borcu və 44 manat 85 qəpik məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Tələbkar BOKT ASC-nə verilməsi qət edilmişdir. İcra sənədini icra edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus «Vaz 21074» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını və tələbin həmin əmlaka yönəldilməsini xahiş etmişdir. Təqdimata görə borclu bugünədək ona verilmiş bildiriş və xəbərdarlıqlara məhəl qoymayaraq, icra sənədi üzrə ondan tələb olunan pul məbləğini ödəməmişdir. Borclunun əmlakının axtarışı nəticəsində Borclu adına «Vaz 21074» markalı, **- KZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması məlum olmuşdur. Təqdimat baxılmasının vaxtı və yeri barədə bildirişin tələbkara, borcluya və təqdimat vermiş şəxsə göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e-2(046)-1670/2022 saylı icra vərəqəsinə əsasən cavabdehlər Borclu və X1 müştərək qaydada 2268 manat 43 qəpik əsas borc, 213 manat 53 qəpik faiz, 3 manat 10 qəpik cərimə borcu olmaqla, cəmi 2485 manat 06 qəpik kredit borcu və 44 manat 85 qəpik məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Tələbkar BOKT ASC-nə verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e-2(046)-1670/2022 saylı icra vərəqəsinə əsasən icraata başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, Borclu adına «Vaz 21074» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatın əsaslılığını yoxlayıb, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin olunmamalıdır. İlk növbədə qeyd edilməlidir ki, təqdimatda icra məmuru tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl borclunun icra sənədini icra etməkdən yayınması və könüllü icra edilməməsi göstərilmiş, buna dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, icra məmuru tərəfindən borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən icra etməməsinin nədən ibarət olması faktı əsaslandırılmamışdır. Bundan başqa, borclunun icra sənədinin icra edilməsi ilə əlaqədar icra məmurunun çağırışına gəlməkdən və icra hərəkətlərinin könüllü həyata keçirilməsindən yayınmasına dair mötəbər sübutlar təqdimata əlavə edilməmişdir. Beləliklə, qeyd edilən məsələ ilə bağlı müvafiq tənzimlənmənin həyata keçirilməsini, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi faktı təqdimat və ona əlavə edilmiş sənədlərdə müəyyən edilmir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normasına əsasən hesab edir ki, Göyçay Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq icra işi üzrə icra tədbirləri tam həyata keçirilmədiyi üçün “borclunun əmlakı üzərinə həbsin qoyulması” haqqında təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 Borclu məxsus «Vaz 21074» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova İş № 8(046)-32/2024 Məhkəmə iclasının protokolu 14 mart 2024-cü il Göyçay şəhəri Göyçay Rayon Məhkəməsi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(046)-1670/2022 saylı icra sənədi üzrə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması haqqında Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxılır. Sədrlik edən saat 09.30-da məhkəmə iclasını açır və təqdimatı elan edir. Sədrlik edən iclas iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün iclas katibinə söz verir. Katib məruzə edərək bildirir ki, məhkəmə iclasına tələbkar, borclu və təqdimat vermiş şəxs gəlməmişlər. Sədrlik edən məhkəmə bildirişinin tərəflərə çatdırılmasının nəticələrini yoxlayır. Sədrlik edən təqdimata tələbkar, borclu və təqdimat vermiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Sədrlik edən bildirir ki, Göyçay Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e- 2(046)-1670/2022 saylı icra vərəqəsinə əsasən cavabdehlər Borclu və X1 müştərək qaydada 2268 manat 43 qəpik əsas borc, 213 manat 53 qəpik faiz, 3 manat 10 qəpik cərimə borcu olmaqla, cəmi 2485 manat 06 qəpik kredit borcu və 44 manat 85 qəpik məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Tələbkar BOKT ASC-nə verilməsi qət edilmişdir. İcra sənədini icra edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus «Vaz 21074» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını və tələbin həmin əmlaka yönəldilməsini xahiş etmişdir. Təqdimata görə borclu bugünədək ona verilmiş bildiriş və xəbərdarlıqlara məhəl qoymayaraq, icra sənədi üzrə ondan tələb olunan pul məbləğin ödəməmişdir. Borclunun əmlakının axtarışı nəticəsində Borclu adına «Vaz 21074» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması məlum olmuşdur. Sədrlik edən iş üzrə sənədləri elan edir və hər biri ayrı-ayrılıqda məhkəmə baxışından keçirilir. Sədrlik edən müşavirə otağına gedir, qayıdıb gəldikdən sonra qərardadı oxuyub elan edir, şikayət vermə müddətini və qaydasını izah edir. Məhkəmə iclası 09:33-də bağlı elan olundu. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edildi. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar