Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-33/2024 13.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Borclu Göyçay rayon Məhkəməsinin 2(046)-1507/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar xeyrinə tutulan aliment borcunu ödəməmişdir. Borclu icra sənədi üzrə müəyyən olunmuş borcunu ödəməkdən yayınaraq məhkəmə qərarı üzrə üzərinə düşən öhdəliyi üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də borclunun icra sənədi üzrə tələbi təmin etməsi üçün onun ölkəni tərk etmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Təqdimata baxılmasının yeri və vaxtı barədə qanunvercilikdə nəzərdə tutulmuş qaydada icra məmuruna, borcluya və tələbkara məlumat verilmiş, lakin icra məmuru, borclu və tələbkar məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə icra məmurunun, borclunun və tələbkarın iştiraki olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Təqdim edilmiş sübutlardan görünür ki, icra işi üzrə Borclu aliment borcunu Tələbkar ödəməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 395, 396-cı maddələrini rəhbər tutan məhkəmə Q Ə R A R V E R D İ: Təqdimat təmin edilsin. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Göyçay rayon Məhkəməsinin 2(046)-1507/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Bu barədə Borclu, Tələbkar və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №8(046)-33/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-33/2024
13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver