Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-4/2025 07.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Göyçay rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına baxaraq, məhkəmə Müəyyənetdi: Göyçay rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Göyçay rayon Məhkəməsinin 2(046)-271/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan 0.10 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru təqdimatı belə əsaslandırılmışdır ki, Göyçay rayon Məhkəməsinin 2(046)- 271/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2250.42 manat pulun tutularaq tələbkar Aqrar İnovasiya və Təchizat Şirkəti QSC-nin xeyrinə verilməlidir. Borclu könüllü icra müddətində məhkəmə qətnaməsi üzrə tələbi icra etməmişdir. Borclunun əmlak və gəlirlərinin müəyyən edilməsi məqsədi ilə aidiyyatı orqanlara sorğular verilmiş Borclu mülkiyyətində 0.10 ha həyətyanı torpaq sahəsinin olduğu məlum olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı üzərinə həbs qoyularaq borcun həmin 0.10 ha torpaq sahəsinə yönəldilməsi məqsədə uyğundur. İş üzrə icra məmuruna, borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, icra məmuru, borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı və işdə olan sənədləri tədqiq edən məhkəmə hesab edir ki, təqdimat rədd edilməlidir. Göyçay rayon Məhkəməsinin 2(046)-271/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 2250.42 manat pulun alınaraq alınaraq tələbkar Aqrar İnovasiya və Təchizat Şirkəti QSC-nin xeyrinə verilmişdir. Kecən müddət ərzində borclu 2250.42 manat pulu tələbkara ödəməmişdir. Aparılmış icra hərəkətləri nəticəsində borclunun mülkiyyətində 0.10 hektar həyətyanı torpaq sahəsi olduğu müəyyən edilmişdir. E-məhkəmə sistemi çıxarışından görünür ki, Göyçay rayonu Potu kəndində 0.10 ha həyətyanı torpaq sahəsi Borclu mülkiyyətindədir. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti oqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyul 2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdqi edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı” dan görünür ki, bu siyahının qeyd edilən hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və həyətyanı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. İcra haqqında Azərbaycan Respublikası qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, icra məmurunun təqdimatına əsasən borclunun əmlakı üzərinə, məhkəmənin qərardadına əsasən həbs qoyula bilər. Belə olan halda məhkəmə hesab edir ki, Borclu mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin həbs qoyulması barədə təqdimat təmin edilməməlidir. Sadalananları və İcra haqqında Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini, Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərarverdi: Təqdimat təmin edilməsin. Göyçay rayon Məhkəməsinin 2(046)-271/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən 0.10 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Göyçay rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №8(046)-4/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-4/2025
07.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver