Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-41/2024 19.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin e-2(046)-1189/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin e-2(046)- 1189/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu kredit müqaviləsi üzrə 5248 manat 47 qəpik əsas kredit borc, 934 manat 10 qəpik faiz borcu olmaqla, cəmi 6182 manat 57 qəpik kredit borcu, kredit kartı müqaviləsi üzrə 351 manat 28 qəpik əsas kredit borcu, 114 manat faiz borcu olmaqla, cəmi 465 manat 28 qəpik kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Tərəfindən Borclu rəsmi qaydada qərar və bildiriş göndərilməklə ona hüquq və vəzifə vəzifələri izah edilərək, borclu olduğu pulu tələbkar "xxxx" ASC-nə 10 gün müddətində könüllü şəkildə ödəməsi ona təklif edilmişdir. Bununla əlaqədar olaraq Borclu ünvanına qərar və bildiriş göndərilməsinə, borclu olduğu pul borcunu tələbkarın xeyrinə ödəməsi təklif olunmaqla Göyçay rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmasına baxmayaraq o, şöbəyə gəlmiş lakin borclu olduğu pul borcunu tələbkarın xeyrinə ödəməmişdir. Belə olduğu halda icra tədbirləri davam etdirilməklə, Borclu barəsində olan pul borcunu onun özünə və əmlakları hesabına ödətdirmək məqsədi ilə müxtəlif tarixlərdə onun yaşadığı evə baxış keçirilmiş lakin Borclu yaşadığı evə baxış keçirən zaman onun evində ailənin zəruri ehtiyacını ödəyə biləcək əmlaklarından başqa hər hansı bir qiymətli əşya və əmlaklarının olmaması aşkar olunmaqla, bu barədə müxtəlif tarixlərdə aktlar tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Borclu barəsində sorğular edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən çıxarışda ona məxsus heç bir əmlak və maliyyə vəsaiti aşkar edilməmişdir. Bütün bunlardan sonra Borclu ünvanına dəfələrlə rəsmi bildirişlər göndərilmiş və o, şöbəyə çağırılmışdır. Amma sonuncu rəsmi bildirişlərə məhəl qoymayaraq barəsində olan pul borcunu tələbkarın xeyrinə ödəməmişdir. Lakin görülmüş məcburi icra tədbirləri nəticəsində Borclu barəsində olan 6182.57 manat kredit borcu, kredit kartı müqaviləsi üzrə borcundan heç bir ödəniş etməmiş və ödəməyə də heç bir cəhd göstərməmişdir. Aparılmış araşdırmalar zamanı şöbəyə məlum olmuşdur ki, Borclu ticarət məqsədi ilə mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlir. Odur ki, Borclu barəsində olan pul borcunu tələbkarın xeyrinə ödəməməklə məhkəmə qərarının icrasından yayınmaq məqsədi ilə istənilən vaxt uzun müddətə ölkə hüdudlarını tərk etmə ehtimalı vardır. Ona görə də Borclu ölkədən getmək hüquqları borc ödənilib qurtaran günədək məhdudlaşdırılmalıdır. Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə mane olur. Təqdimata baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Göyçay rayon İcra və Probasiya Şöbəsinə, borcluya və tələbkara məlumat verilmiş, lakin icra məmuru, borclu və tələbkar məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin e-2(046)-1189/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu kredit müqaviləsi üzrə 5248 manat 47 qəpik əsas kredit borc, 934 manat 10 qəpik faiz borcu olmaqla, cəmi 6182 manat 57 qəpik kredit borcu, kredit kartı müqaviləsi üzrə 351 manat 28 qəpik əsas kredit borcu, 114 manat faiz borcu olmaqla, cəmi 465 manat 28 qəpik kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsinin e-2(046)-1189/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Borclu xx.xx.2024-cü il tarixində Göyçay rayon İcra və Probasiya Şöbəsinə gələrək icra sənədi üzrə tələbi təmin olunması bildirilmişdir. Sifarişli poçt göndərişli qəbzin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Borclu yaşadığı yer üzrə Göyçay rayonu, Çərəkə kəndində xəbərdarlıq məktubu göndərilmiş, xx.xx.2024-cü il tarixdə atası Dadaş İsmayılov qəbzə imza edərək götürmüşdür. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu barəsindəki icra sənədinin icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülərək borclunun əmlak vəziyyəti araşdırılmış, bu zaman borclunun adına hər hansı bir qiymətli əşya və əmlaklarının olmaması aşkar olunmuşdur. Təqdim edilmiş sübutlardan görünür ki, icra işi üzrə Borclu Tələbkar ASC-nin xeyrinə bu günədək heç bir ödəniş etməmişdir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 268, 395, 396-cı maddələrini rəhbər tutan məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Göyçay Rayon Məhkəməsinin e-2(046)-1189/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №8(046)-41/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-41/2024
19.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver