Məhkəmə qərarları › İş №8(046)-51/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-51/2024

05.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-51/2024 05.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin e-2(046)-341/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin e-2(046)- 341/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu Nəbivev Seymur Xəlil oğlundan kredit müqaviləsi üzrə 5972 manat 36 qəpik əsas kredit borcu, 950 manat 89 qəpik faiz borcu olmaqla, cəmi 6923 manat 25 qəpik borc və ödənilmiş 89 manat 23 qəpik dövlət rüsumu tutularaq Tələbkar ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İcra məmuru tərəfindən borclu Nəbivev Seymur Xəlil oğluna rəsmi qaydada qərar və könüllü icra üçün bildiriş göndərilməklə ona hüquq və vəzifələri izah edilərək, borclu olduğu pulu tələbkar "Kapital Bank” ASC-nə 10 gün müddətində könüllü şəkildə ödəməsi ona təklif edilmişdir. Bununla əlaqədar olaraq Borclu ünvanına qərar və bildiriş göndərilməsinə, Göyçay rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmasına baxmayaraq o, şöbəyə gəlmiş, lakin borclu olduğu pul borcunu tələbkarın xeyrinə ödəməmişdir. Belə olduğu halda icra tədbirləri davam etdirilməklə borclu Nəbivev Seymur Xəlil oğlunun borcunun onun əmlakları hesabına ödətdirmək məqsədi ilə müxtəlif tarixlərdə onun yaşadığı evə baxış keçirilmiş lakin borclu Nəbivev Seymur Xəlil oğlunun yaşadığı evə baxış keçirən zaman onun evində ailənin zəruri ehtiyacını ödəyə biləcək əmlaklarından başqa hər hansı bir qiymətli əşya və əmlaklarının olmaması aşkar olunmaqla, bu barədə müxtəlif tarixlərdə aktlar tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Borclu barəsində sorğular edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən çıxarışda ona məxsus heç bir əmlak və maliyyə vəsaiti aşkar edilməmişdir. Bütün bunlardan sonra borclu Nəbivev Seymur Xəlil oğlunun ünvanına dəfələrlə rəsmi bildirişlər göndərilmiş və o, şöbəyə çağırılmış, lakin sonuncu rəsmi bildirişlərə məhəl qoymayaraq barəsində olan pul borcunu tələbkarın xeyrinə ödəməmişdir. Görülmüş məcburi icra tədbirləri nəticəsində borclu Nəbivev Seymur Xəlil oğlu barəsində olan 5972 manat 36 qəpik əsas kredit borcu, 950 manat 89 qəpik faiz borcu olmaqla, cəmi 6923 manat 25 qəpik borc və ödənilmiş 89 manat 23 qəpik dövlət rüsumu borcundan heç bir ödəniş etməmiş və ödəməyə də heç bir cəhd göstərməmişdir. Aparılmış araşdırmalar zamanı şöbəyə məlum olmuşdur ki, borclu Nəbivev Seymur Xəlil oğlu ticarət məqsədi ilə mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlir. Odur ki, Nəbivev Seymur Xəlil oğlunun məhkəmə qərarının icrasından yayınmaq məqsədi ilə istənilən vaxt uzun müddətə ölkə hüdudlarını tərk etmə ehtimalı vardır. Ona görə də borclu Nəbivev Seymur Xəlil oğlunun ölkədən getmək hüquqları borc ödənilib qurtaran günədək məhdudlaşdırılmalıdır. Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə mane olur. Məhkəmə iclasında Borclu izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən borclu olduğu puldan məlumatı vardır. Bildirir ki, əvvəllər Göyçay rayon Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində işləyərkən kredit götürmüşdür. Daha sonra iş yerindən çıxdığı üçün borclu olduğu pulu ödəməkdə çətinliklər çəkmiş, bu səbəbdən də Tələbkar ASC onu məhkəməyə vermişdir. Himayəsində üç övladı vardır. Hal-hazırda heç yerdə işləmir, əlavə gəlir yeri yoxdur. Buna görə də maddi vəziyyəti pisdir. Təyin edilmiş borcdan hər ay maddi imkanı çatdığı qədər 20 manat ödənişlər edir. Gələcəkdə maddi imkanı olduqda borcundan hissə-hissə ödənişlər edəcəkdir. İcra məmuru tərəfindən verilmiş təqdimata dair bildirir ki, daimi yaşayış yeri vardır. Ölkə hüdudlarından kənara çıxmır. Hesab edir ki, icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməməlidir. Təqdimata baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Göyçay rayon İcra və Probasiya Şöbəsinə və tələbkara məlumat verilmiş, lakin icra məmuru və tələbkar məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin e-2(046)-341/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu kredit müqaviləsi üzrə 5972 manat 36 qəpik əsas kredit borcu, 950 manat 89 qəpik faiz borcu olmaqla, cəmi 6923 manat 25 qəpik borc və ödənilmiş 89 manat 23 qəpik dövlət rüsumu tutularaq Tələbkar ASC-nin hesabına ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsinin e-2(046)- 341/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli, e83298/2023-61-10-002-301 nömrəli xəbərdarlıqdan görünür ki, Borclu xx.xx.2024-cü il tarixində Göyçay rayon İcra və Probasiya Şöbəsinə gələrək icra sənədi üzrə tələbin təmin olunması bildirilmişdir. Sifarişli poçt göndərişli qəbzin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Borclu yaşadığı yer üzrə Göyçay rayonu, Hacalıkənd kəndinə xəbərdarlıq məktubu göndərilmiş, xx.xx.2024-cü il tarixdə arvadı Günay Nəbiyeva qəbzə imza edərək götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə təqdimat verən şəxsin izahatını nəzərə alaraq, təqdimatın əsaslılığını yoxlayıb, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Məhkəmə borclunun izahatında göstərdiyi xüsusatlara dair qeyd edir ki, Borclu icra sənədi üzrə borcundan hər ay 20 manat ödəməsi, əlavə ödənişlər edə bilməməsi üzrlü hal kimi hesab oluna bilməz. Belə ki, məhkəmə iclasında borclu işləməsinə mane olan hər hansı xəstəliyinin olmadığını bildirərək sadəcə iş tapa bilmədiyini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumenti absurd hesab edərək sağlam və əmək qabiliyyətli bir şəxsin müəyyən qazanc əldə etməsi üçün müxtəlif fəaliyyət növü ilə məşğul olmaq imkanlarının real olmasını qeyd edir və göstərilən bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Bununla da, Borclu borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 268, 395, 396-cı maddələrini rəhbər tutan məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Göyçay Rayon Məhkəməsinin e-2(046)-341/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar