Məhkəmə qərarları › İş №8(046)-55/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-55/2023

24.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-55/2023 24.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, tələbkar X2 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1168/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu tələbkar X2 xeyrinə xx.xx.2022-ci il tarixdən etibarən birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 190 manat, cəmi 380 manat aliment ödənilməlidir. Borclu icra sənədi üzrə müəyyən olunmuş borcunu ödəməkdən yayınaraq məhkəmə qərarı üzrə üzərinə düşən öhdəliyi üzrsüz səbəbdən icra etməmişdir. Həmçinin borclunun icra sənədi üzrə tələbi təmin etməsi üçün onun ölkəni tərk etmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Tələbkar X5 izahat verərək göstərmişdir ki, ona olan 2460 manat aliment borcunu ödəmir, buna görə də təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Təqdimata baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Göyçay rayon İcra və Probasiya Şöbəsinə və borcluya məlumat verilmiş, lakin icra məmuru və borclu məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə icra məmurunun və borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Təqdim edilmiş sübutlardan görünür ki, icra işi üzrə Borclu tələbkar X4 borclu olduğu 2460 manat aliment borcunu ödəməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 395, 396-cı maddələrini rəhbər tutan məhkəmə Q Ə R A R V E R D İ: Təqdimat təmin edilsin. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Göyçay Rayon Məhkəməsinin 2(046)-1168/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icraatında olan icra işi üzrə borclu ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Bu barədə Borclu, tələbkar X4 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar