Məhkəmə qərarları › İş №8(046)-57/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-57/2023

24.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-57/2023 24.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, X2 nümayəndəsi (vəkili) Vəkil və Tələbkar iştirakı ilə, borcun hissə-hissə icra edilməsi barədə X1nun ərizəsinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 məhkəməyə müraciət edərək Göyçay rayon Məhkəməsinin29 aprel 2022-ci il tarixli 2(046)-846/2022 saylı icra vərəqəsinə və qətnaməsinə əsasən Tələbkar oğluna borclu olduğu 34.642 manat məbləğində borcun hər ay 300 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X1 ərizəsini belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin29 aprel 2022-ci il tarixli 2(046)-846/2022 saylı qətnaməsinə əsasən 34.642 manat məbləğində pulun ondan alınaraq Tələbkar verilməsi qət edilmişdir. Qeyd olunan obyektiv hallardan, iradəsindən asılı olmayan səbəblərdən, alınmış malların X4 ünvanına buraxılmaması və qalıb xarab olmaları nəticəsində, yaranmış borc öhdəliklərinin obyektiv səbəblərdən lazımınca icra edilə bilinməməsi tələbkar tərəfin məhkəmə çəkişmələrini başlamasına səbəb olmuşdur. Əsas məşğuliyyəti olmuş biznes fəaliyyətimdəki obyektiv səbəblərdən, 2020-ci ildə Azərbaycan Respublikasından Rusiya Federasiyasına tərəvəzlərin daşınmasına qoyulmş mədudiyyətlər nəticəsində yaranmış baş vermiş böyük biznes uğursuzluqları və məhkəmə çəkişmələri nəticəsində keçirdiyi ağır sarsıntılarla bağlı öz sağlamlığımı tamamilə itirmişəm və hazırda heç bir yerdə işləyə bilmir. Bununla yanaşı Göyçay rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(046)-1186/2022 saylı qətnaməsinə əsasən hər ay keçmiş həyat yoldaşı X3 iki azyaşlı uşaqlarımızın saxlanılmalarına görə 300 manat məbləğində aliment ödəyir. Hazırda keçirdiyi ağır streslərdən əsəb xəstəlikləri yaranmışdır və uzun müddət xəstə olması nəticəsində işsizdir. Yuxarıda qeyd olunan səbəblərdən Tələbkar ödəməli olduğu 34.642 manat məbləğində olan borc pulu vaxtında ödəməyə heç cür imkanı yoxdur. Buna görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə borclu X2 nümayəndəsi (vəkili) Vəkil ərizənin təmin edilməsini xahiş etmişdir. Tələbkar göstərmişdir ki, keçən müddət ərzində X5 ona borclu olduğu 34.642 manat borcdan heç bir ödəniş etməmişdir. İş üzrə icra məmuruna məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin icra məmuru məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə borculunun nümayəndəsini və tələbkarın izahatını dinləyən və təqdim olunmuş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə təmin edilməmlidir. Məhkəmə hesab edir ki, X1 qətnamədə qeyd edilən məbləğin Tələbkar hər ay hissə-hissə, yəni 300 manat məbləğində ödəməsi barədə göstərdikləri, həmin qətnamə üzrə icra vərəqəsini qeyri-müəyyən müddətə icra ediləcəyi ilə nəticələnə bilər ki, bu hal tələbkarın qanunla qorunan mənafelərinə uyğun hesab edilə bilməz. Məhkəmə hesab edir ki, X2 Göyçay rayon Məhkəməsinin29 aprel 2022-ci il tarixli 2(046)-846/2022 saylı icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi barədə tələbi təmin edilməməlidir. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və ya qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilməsin. X2 Göyçay rayon Məhkəməsinin29 aprel 2022-ci il tarixli 2(046)-846/2022 saylı icra vərəqəsi üzrə qətnamənin hissə-hissə, yəni hər ay 300 manat ödənilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar