Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-58/2024 03.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, İcra sənədi üzrə Borclu barəsində «məcburi gətirilmə» tədbirinin tətbiq olunması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 31 avqust 2023-cü tarixli, e-2(046)-1066/2023-cü il saylı icra sənədinə əsasən cavabdeh Borclu 2470 manat maddi ziyanın, xəsarətlərə görə ödənilmiş 1500 manat olmaqla, ümumilikdə 3970 manat sığorta ödənişinin, ödənilmiş 59 manat 70 qəpik dövlət rüsumunun alınaraq iddiaçı Azərbaycan Sənaye Sığorta ASC-nə verilməsi qət edilmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və bundan başqa edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Göyçay rayon İcra və Probasiya Şöbəsinə, borcluya və tələbkara məlumat verilmiş, lakin icra məmuru, borclu və tələbkar məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, Göyçay rayon Qızılağac kəndində yaşayan Borclu icra işinin icrası ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi üçün Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu qeydiyyatda olduğu Göyçay rayonu, Qızılağac kəndinə icraata başlamaq haqqında bildiriş və qərar göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə təqdimat və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, təqdimat rədd edilməlidir. Belə ki, icra haqqında qanunvericiliyə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd edilən hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin 31 avqust 2023-cü tarixli, e-2(046)-1066/2023-cü il saylı icra sənədinə əsasən Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata qəbul edilərək icraata başlanılmışdır. İcra məmuru təqdimatda qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvana göndərilməsini göstərsə də, bildiriş və qərarın borcluya çatdırılması ilə bağlı heç bir sübut təqdimata əlavə edilməmişdir. Hazırda icra məmuru məhkəməyə təqdimat verərək Borclu icra sənədinin icrasından yayındığını bildirərək borclunun barəsində məcburi gətirilmə barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin borclunun icra sənədini qərəzli şəkildə icra etməməsini təsdiq edən sənədlər təqdimata əlavə edilməmişdir. Həmçinin Göyçay rayon İcra və Probasiya Şöbəsinin təqdimatında borcluya şifahi xəbərdarlıq edilməsinə baxmayaraq bu günə kimi borclu tərəfindən icra sənədinin icrası təmin edilməməsi və icra şöbəsinə gəlməkdən yayınması qeyd edilsə də, borclu icra məmurunun çağırışına gəlməməsinin, icra sənədinin icrasını təmin etməməsinin üzrlü səbəbləri olub-olmaması aydınlaşdrılmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 395, 396-cı maddələrini və İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Göyçay rayon Qızılağac kəndində yaşayan Borclu Göyçay rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №8(046)-58/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-58/2024
03.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver