Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-6/2024 02.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Göyçay rayon Məhkəməsinin 2(046)-1853/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə təqdimatına Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göyçay rayon Məhkəməsinin 2(046)-1853/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 990 manat pulun alınaraq iddiaçı Azsığorta ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, icra sənədinin icrası ilə bağlı Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən boyun qaçırır. Buna görə də icra məmuru Borclu məcburi qaydada şöbəyə gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya məlumat verilmiş, icra məmuru, tələbkar və borclu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq , məhkəmə Q Ə R A R V E R D İ: Göyçay rayon Məhkəməsinin 2(046)-1853/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə pul tələbi ilə bağlı borclu Göyçay rayonu Cəyirli kəndində yaşayan Borclu Göyçay rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Göyçay rayon Polis Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №8(046)-6/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-6/2024
02.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver