Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-62/2024 07.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İcra sənədini icra edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimata onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(046)-1641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 8837.25 manat məbləğində pul vəsaiti və 108.37 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Göyçay rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Borclu izahat verərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin e-2(046)-1641/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsinə əsasən ondan xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7988 manat 14 qəpik əsas borc, 849 manat 11 qəpik faiz borcu olmaqla, cəmi 8837 manat 25 qəpik məbləğində pul və 108 manat 37 qəpik məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-nə ödənilməsi qət edilmişdir. Borc məbləğinin ödənilməsində gecikmələrin olmasına səbəb 44 günlük böyük vətən müharibəsində iştirakı olmuşdur. Döyüşdə aldığı xəsarətlərlə bağlı ona 3-cü qrup əlillik verilmişdir. 2022-ci ilin oktyabr ayında əlilliyə görə pensiyası dayandırılmışdır. Pensiyanın alınması ilə bağlı təkrarən müraciət etmiş və bubunla bağlı komissiyaya çağırılmış, 2023-cü ilin avqust-sentyabr ayında ona verilmiş əlilliklə bağlı pensiya bərpa olunmuşdur. 2024-cü ilin yanvar ayından borcla bağlı hər ay pensiya kartından 50 faiz məbləğində pul tutularaq Tələbkar ASC-nə ödənilir. Barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən barəsində verilmiş təqdimatı əsassız hesab edərək təmin edilməməsini xahiş edir. O, ölkə hüdudlarından kənara çıxsa belə kartından hər ay pul tutulur. Məhkəmə iclasının vaxtı və yeri barədə təqdimat vermiş şəxsə və tələbkara göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tələbkarın və borclunun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin e-2(046)-1641/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu ondan xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7988 manat 14 qəpik əsas borc, 849 manat 11 qəpik faiz borcu olmaqla, cəmi 8837 manat 25 qəpik məbləğində pul və 108 manat 37 qəpik məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-nə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərardan görünür ki, Göyçay Rayon Məhkəməsinin e- 2(046)-1641/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. Ödəniş kartı üzrə xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Borclu pensiya kartından pul tutulur. E-Məhkəmə İnformasiya Sisteminin “gəlir” məlumatları bölməsində olan çıxarışdan görünür ki, Borclu 511 manat 11 qəpik məbləğində pensiya alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə Borclu izahatını nəzərə alaraq, təqdimatın əsaslılığını yoxlayıb, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.2.1,2.2.2 və 2.2.3-ci bəndlərinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təqdimata əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, icra məmuru tərəfindən «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.2-ci bəndinin şərtlərinə riayət edilmədən məhkəməyə təqdimat verilmişdir. Belə ki, icra işinə əlavə edilmiş sənədlərdən borcluya bildirişin rəsmən təqdim edilməsini təsdiq edən sənədin olması müəyyən olunmamış, habelə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini müəyyən etmək üçün izahatı alınmamışdır. Bundan başqa icra məmuru tərəfindən verilmiş təqdimatda məhkəmə qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsi qeyd olunsa da, işə əlavə edilmiş digər sənədlərlə bu fakt təkzib olunur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, borcludan tutulmalı olan borc məbləği Borclu pensiya kartına yönəldilməklə icra sənədi icra olunur. Məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin e-2(046)-1641/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Göyçay Rayon Məhkəməsinin e-2(046)-1641/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №8(046)-62/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-62/2024
07.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver