Məhkəmə qərarları › İş №8(046)-67/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-67/2023

22.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-67/2023 22.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Təqdimat vermiş şəxs Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, Göyçay rayon İcra və Probasiya şöbəsinin Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay rayon Məhkəməsinin 2(046)-1484/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, cavabdehlər X1 və Borclu müştərək qaydada 2518.63 manat əsas kredit borcu, 24.70 manat faiz borcu, 5.65 manat cərimə borcu olmaqla, cəmi 2548.98 manat və 45.48 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSCnin hesabına keçirilməsi qət edilmişdir. İcra sənədini icra edən Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu əmlakının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimata görə, Borclu Aqali oğluna tərəfindən rəsmi qaydada qərar və bildiriş göndərilməklə, o, Göyçay rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə barəsində olan pulları Tələbkar QSC-nin xeyrinə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 10 gün müddətinə könüllü səkildə ödəməsi təklif edilmişdir. Lakin Borclu Aqali oğlu “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə məhəl qoymayaraq 10 gün müddətində şöbəyə gəlməmiş və pulları Tələbkar QSC-nin xeyrinə könüllü səkildə ödəməmişdir. Belə olduğu halda tərəfindən Borclu Aqali oğluna təkrarən rəsmi bildiriş göndərilməklə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi izah edilmiş, lakin o, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə məhəl qovmamaqla şöbəyə gəlməmiş yəni, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilən 2 av müddət ərzində pulları Tələbkar QSC-nin xeyrinə ödəməməklə icra isini icra etməmişdir. Belə olduğu halda icra işinin icra olunması məqsədi ilə tərəfindən lazımı icra tədbirləri həyata keçirilmiş və şöbəyə məlum olmuşdur ki, Borclu heç bir verdə isləməməklə, heç bir təqaüd növü almır, onun adına heç bir qiymətli əşya və əmlakı, evi, daşınar və daşınmaz əmlakı, mal-qarası olmamaqla, heç bir banklarda adına hesabı və pulu yoxdur, həmçinin vergi ödəvicisi kimi qeydiyyatda olmamaqla yoxdur. Lakin Borclu adına “LF 7132/3 320” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşın X4 İmtahan və X6 qeydiyyata alınmışdır. Odur ki, Borclu adına aşkar olunmuş “LF 7132/3 320” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşının istifadə hüquqlarının qadağanlasdırılması və gələcəkdə həmin pulun Borclu alınaraq Tələbkar QSC-nin xeyrinə ödətdirilməsindən ötrü Borclu əmlakının üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasında təqdimat verən şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı müdafiə etdi və izahat verərək göstərmişdir ki, Borclu tərəflərindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar və bildiriş sifarişli məktubla göndərilməmişdir. Borclu Göyçay rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, borclu gəlmədiyindən izahatı alınmamışdır. Məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tələbkarın nümayəndəsi və borclu məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə təqdimat verən şəxsin izahatını nəzərə alaraq, təqdimatın əsaslılığını yoxlayıb, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinin siyahısına daxil edilmişdir. Həmin Qanunun 44.1-ci maddəsi ilə məcburi icra tədbirlərinin tətbiqinin əsasları müəyyən edilmişdir. Belə ki, məcburi icra tədbirinin tətbiqi üçün bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədi icra məmuruna təqdim olunmalı, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməli və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən isə yuxarıda qeyd edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 50.1.-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2.-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə huququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi, məcburi icra tədbirinin tətbiqi üçün icra məmuru tərəfindən ilk öncə icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edilməli, bu barədə borcluya bildiriş təqdim edilməli və icra məmuru tərəfindən müəyyən edilmiş müddət keçməlidir. Lakin borcluya könüllü icra üçün bildirişin verilməsini təsdiq edən sənəd icra işinə əlavə edilmiş sənədlərdən,habelə müəyyən edilmiş müddət ərzində icra sənədinin icra edilməməsinin səbəbi borcludan izahat alınmaqla müəyyən edilmir. Belə olan halda məhkəmə hazırkı təqdimata əsasən məcburi icra tədbirinin tətbiq edilməsi üçün "İcra haqqında” Qanunla müəyyən edilmiş əsasların mövcud olmadığı qənaətinə gəlir. Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, Göyçay rayon Məhkəməsinin 2(046)-1484/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu adına aşkar olunmuş “LF 7132/3 320” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutub, qərara aldı: Göyçay rayon Məhkəməsinin 2(046)1484/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu adına aşkar olunmuş “LF 7132/3 320” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar