Məhkəmə qərarları › İş №8(046)-67/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-67/2024

07.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-67/2024 07.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Borclu, Tələbkar iştirakı ilə, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Göyçay Rayon Məhkəməsinin 2(046)-370/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Göyçay rayonu İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək Borclu adına aşkar edilmiş QAZ 2705 Yük markalı **-TN-*** dövlət nömrə nişanlı maşının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı belə əsaslandırmışdır ki, Borclu rəsmi qaydada qərar və bildiriş göndərilməklə Göyçay rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə borclu olduğu pulu Tələbkar xeyrinə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 10 gün müddətinə könüllü şəkildə ödəməsi təklif edilmişdir. Lakin Borclu 10 gün müddətində şöbəyə gəlməmişdir. Aparılmış icra hərəkətləri nəticəsində müəyyən edilmişdir ki, Borclu adına QAZ 2705 Yük markalı **-TN-*** dövlət nömrə nişanlı maşın qeydiyyata alınmışdır. Bu səbəbdən də Göyçay Rayon Məhkəməsinin 2(046)- 370/2024 saylı xx.xx.2024-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu adına aşkar edilmiş QAZ 2705 Yük markalı **-TN-*** dövlət nömrə nişanlı maşının üzərinə həbs qoyularaq icra sənədi üzrə borcun həmin avtomaşına yönəldilməsi məqsədə uyğundur. Buna görə də təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Borclu izahat verərək göstərmişdir ki, hal-hazırda işləmir, tələbkar olan borcunu ödəyəcəkdir. Tələbkar təqdimatın təmin edilməsini xahiş etmişdir. İş üzrə icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, icra məmuru məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Təqdim edilmiş sübutlardan görünür ki, borclu Ömərov X4 Rayon Məhkəməsinin 2(046)-370/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar olan borcunu ödəməmişdir. Borclu haqqında E-Məhkəmə sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində QAZ 2705 Yük markalı **-TN-*** dövlət nömrə nişanlı maşın aşkar edilmişdir. İcra haqqında Azərbaycan Respublikası qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, icra məmurunun təqdimatına əsasən borclunun əmlakı üzərinə, məhkəmənin qərardadına əsasən həbs qoyula bilər. Sadalananları və İcra haqqında Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini, Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Göyçay Rayon Məhkəməsinin (046)-370/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına qeydə alınmış QAZ 2705 Yük markalı **-TN-*** dövlət nömrə nişanlı maşın üzərinə həbs qoyulsun. Qərardadın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yevlax RQİ və TBŞ-nə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar