Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-68/2025 26.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, X1, Borclu iştirakı ilə, X1 Göyçay rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-7/2024 nömrəli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə Göyçay şəhərində baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək Göyçay rayon məhkəməsinin xx.xx.2024cü il tarixli 2(046)-7/2024 nömrəli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. X2 ərizəni müdafiə edərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü ıl tarixli 2(046)-7/2024 nömrəli qətnaməsi ilə iddia ərizəm təmin olunmuş, cavabdeh Borclu Göyçay şəhəri Nizami küçəsi 135 A saylı evin 56 saylı mənzilinə olan istifadə hüquqlarına 10.000 manat məbləğində pul kompensasiyası verilməsi yolu ilə xitam verilmiş və Borclu həmin mənzildən çıxarılması qət edilmişdir. Bundan sonra həmin qətnamə icra olunmuş və Borclu 10.000 manat məbləğində pul kompensasiyası ödənildikdən sonra həmin mənzildən çıxarılmışdır. Daha sonra mən həmin mənzilin kilidini dəyişdirmişdir. Lakin bir neçə gün bundan qabaq ona məlum olmuşdur ki, Borclu həmin kilidi qıraraq, yenidən mənzilə daxıl olmuşdur. Hal-hazırda mənzilində qalaraq ordan çıxması üçün ödədiyi 10.000 manat məbləğində pulu xərcləyib yaşayır. Buna görə də Göyçay rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-7/2024 saylı icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Borclu ərizənin rədd edilməsini xahiş etmişdir. İş materiallarını araşdıran məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-7/2024 nömrəli qətnaməsindən görünür ki, cаvаbdеh Şəfiyеv Bаhаdur Həmzə оğlunun Göyçаy şəhəri Nizаmi küçəsi 135 А sаylı еvin 56 sаylı mənzilinə оlаn istifаdə hüquqlаrınа, mülkiyyətçi Murаdоvа Nigаr Əlibаlа qızı tərəfindən 10.000 (оn min) mаnаt məbləğində pul kоmpеnsаsiyаsı vеrilməsi yоlu ilə хitаm vеrilsin və Şəfiyеv Bаhаdur Həmzə оğlu həmin mənzildən çıхаrılmışdır. Cаvаbdеh Şəfiyеv Bаhаdur Həmzə оğlunа kоmpеnsаsiyа ödənilməsi ilə istifаdə hüququnа хitаm vеrilməsi və mənzildən çıхаrılmаsı еyni vахtdа icrа еdilməsi qət edilmişdir. İcraata xitam verilməsi haqqında 06.011.2024-cü il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-7/2024 saylı icra sənədi tam icra edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Borclu hazırda Göyçаy şəhəri Nizаmi küçəsi 135 А sаylı еvin 56 sаylı mənzildə yaşayır. Məhkəmə hesab edir ki, Bu hal qeyd edilən icra sənədinin yenidən icra yönəldilməsi üçün əsasdır. İcra Haqqında Azərbaycan Respublikası qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Hazırki işin halından görünür ki, Göyçay rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-7/2024 saylı icra sənədinin yenidən icra edilməsi zərurəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə qərar ləğv edilməli, icra hərəkətləri davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 395, 396-cı maddələrini və İcra haqqında Azərbaycan Respublikası İcra Haqqında Qanununun 20-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Ərizə təmin edilsin. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(046)-7/2024 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardadın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №8(046)-68/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-68/2025
26.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver