Məhkəmə qərarları › İş №8(046)-71/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-71/2024

13.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-71/2024 13.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 2(032)-764/2023 saylı, 23 iyun 2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə iş üzrə iddiaçı X1 nümayəndəsi və vəkili Abbas-Zadə Rəhim oğlunun ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş, "xxxx" yaşayış massivində inşa edilən 240-C saylı, 8 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 57,4 kv.m olan, 1 (bir) otaqdan ibarət olan 41 saylı mənzilin ½ hissədə onun, qalan hissədə 3 övladının vərəsəlik hüququ nəzərə alınmaqla cavabdehlərin qalan hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı X2 nümayəndəsi və vəkili Abbas-zadə Rəhim İsaq oğlu iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək birgə nikah dövründə əldə edilmiş, "xxxx" yaşayış massivində inşa edilən 240-C saylı, 8 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 57,4 kv.m olan, 1 (bir) otaqdan ibarət olan 41 saylı mənzilin ½ hissədə onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra isə iddiaçı X2 nümayəndəsi və vəkili Abbas-zadə Rəhim İsaq oğlu iddia tələbinin dəqiqləşdirilməsinə dair ikinci dəfə ərizə verərək birgə nikah dövründə əldə edilmiş, "xxxx" yaşayış massivində inşa edilən 240-C saylı, 8 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 57,4 kv.m olan, 1 (bir) otaqdan ibarət olan 41 saylı mənzilin ½ hissədə onun payının, qalan hissədə isə digər vərəsələrin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanuni qüvvədə olan Göyçay Rayon Məhkəməsinin 2(032)-764/2023 saylı, 23 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, birgə nikah dövründə əldə edilmiş "xxxx" yaşayış massivində inşa edilən 240-C saylı, 8 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 57,4 kv.m olan, 1 (bir) otaqdan ibarət olan 41 saylı mənzilin ½ hissədə iddiaçı X1 payı müəyyən edilmiş,X7,X6 və X10 münasibətdə iddia təmin edilməmiş,X3 və X5 münasibətdə isə iddia ərizəsi Göyçay Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. İddiaçı X1 nümayəndəsi və vəkili Abbas-Zadə Rəhim oğlu ərizə ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 2(032)-764/2023 saylı, 23 iyun 2023-cü il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizəyə görə Göyçay Rayon Məhkəməsinin 2(046)-764/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə edilmiş "AAAF- Park" yaşayış massivində inşa edilən 240-C saylı, 8 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 57,4 kv.molan, 1 (bir) otaqdan ibarət olan 41 saylı mənzilin 1/2 hissədə iddiaçı X1 payı müəyyən edilmişdir. Həmin iş üzrə qətnamənin icrası hal-hazırda Abşeron rayon icra şöbəsinin icra məmuru Vadim Liyevin icraatındadır və onun tərəfindən qətnamənin icrası "xxxx" MMC-yə yönəldilmişdir. Lakin həmin MMC-nin səlahiyyətli hüquqşünası əmlakın digər yarı payında olan şəxslərin qətnamənin nəticə hissəsində göstərilmədiyinə istinad edərək, onu icra edə bilmədiyini bildirmişdir. Belə ki, iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, Yusifova (Babayeva) Gülnar Feyzi qızının 3 övladı xx.xx.2003-cü il təvəllüdlü X7, xx.xx.2005ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5, habelə valideynləri iş üzrə cavabdehlər X6 və X10, yəni 1 nəfər yetkinlik yaşına çatmış övladı X8, 2 nəfər valideynləri və 2 nəfər yetkinlik yaşına çatmayan Əliheydər və Zülfüqar adlı uşaqları,ümumilikdə 5 nəfər qanun üzrə birinci növbədə vərəsələri vardır” göstərilsə də o yalnız məhkəmə izah verdikdən sonra onu icra edəcəyini bildirmişdir. Göyçay Rayon Məhkəməsinin e-2(046)-764/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin digər yarı payla bağlı olan hissədə izah verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ərizə vermiş şəxs X1 nümayəndəsi və vəkili Abbas-Zadə Rəhim oğlu,cavabdehlər X6 və X10 məhkəmə iclasına gəlməmişlər, ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 2(032)-764/2023 saylı, 23 iyun 2023-cü il tarixli qətnaməsinin izah edilməsinə dair iddiaçı X1 nümayəndəsi və vəkili Abbas-Zadə Rəhim oğlunun ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişilirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Göründüyü kimi mülki prosessual qanunvericliyinin tələbinə görə qətnamənin məzmunu aydın,konkret olmadıqda onun məzmunu dəyişdirilmədən izah edilməsi mümkündür. Məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 2(032)-764/2023 saylı, 23 iyun 2023-cü il tarixli qətnaməsinin əsaslandırıcı hissəsi nəticə hissəsinə uyğun olduğundan və qətnamənin məzmunu aydın ifadə edildiyindən, qətnamənin izah edilməsindən imtina edilməli,bununla da iddiaçı X1 nümayəndəsi və vəkili Abbas-Zadə Rəhim oğlunun ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutub qərara aldı: Göyçay Rayon Məhkəməsinin 2(032)-764/2023 saylı, 23 iyun 2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə iş üzrə iddiaçı X1 nümayəndəsi və vəkili Abbas-Zadə Rəhim oğlunun ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar