Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-72/2023 13.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Göyçay rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay rayon Məhkəməsinin 2(046)-276/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar Elsən qızının xeyrinə verilməlidir. İcra sənədini icra edən Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimata görə, Borclu rəsmi qaydada qərar və bildiriş göndərilməklə ona hüquq və vəzifələri izah edilərək, borclu olduğu aliment pulunu Tələbkar Elsən qızına “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 10 gün müddətində könüllü səkildə ödəməsi ona təklif edilmişdir. Bununla əlaqədar olaraq borclu Məmmədov Turaİ Şakir oğlunun ünvanına qərar və bildiriş göndərilməsinə, borclu olduğu aliment pulunu tələbkarın xeyrinə ödəməsi təklif olunmaqla Göyçay rayon icra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmasına baxmayaraq o, şöbəyə gəlmiş, lakin borclu olduğu aliment borcunu tələbkarın xeyrinə ödəməmişdir. Belə olduğu halda icra tədbirləri davam etdirilməklə, Borclu barəsində olan pulu onun özünə və əmlakları hesabına ödətdirmək məqsədi ilə müxtəlif tarixlərdə onun yaşadığı evə baxış keçirilmiş, lakin Borclu yaşadığı evə baxış keçirilən zaman onun evində ailənin zəruri ehtiyacını ödəyə biləcək əmlaklarından başqa hər hansı bir qiymətli əşya və əmlaklarının olmaması aşkar olunmaqla, bu barədə müxtəlif tarixlərdə aktlar tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Borclu barəsində sorğular edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən çıxarışda ona məxsus heç bir əmlak və maliyyə vəsaiti aşkar edilməmişdir. Bütün bunlardan sonra Borclu ünvanına dəfələrlə rəsmi bildirişlər göndərilmiş və o, şöbəyə çağırılmışdır. Amma sonuncu rəsmi bildirişlərə məhəl qoymayaraq barəsində olan aliment borcunu tələbkarın xeyrinə ödəməmişdir. Məhkəmə qərarının icrasından yayınmaq məqsədi ilə istənilən vaxt uzun müddətə ölkə hüdudlarını tərk etmə ehtimalı vardır. Ona görə də Borclu ölkədən getmək hüquqları borc ödənilib qurtaran günədək məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş təqdimat vermiş şəxsə, tələbkar və borcluya göndərilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə təqdimatın əsaslılığını yoxlayıb, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və qətnaməni və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.2.1,2.2.2 və 2.2.3-ci bəndlərinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təqdimata əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, icra məmuru tərəfindən «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.2-ci bəndinin şərtlərinə riayət edilmədən məhkəməyə təqdimat verilmişdir. Belə ki, icra işinə əlavə edilmiş sənədlərdən borcluya bildirişin rəsmən təqdim edilməsini təsdiq edən sənədin olması müəyyən olunmamış,habelə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini müəyyən etmək üçün izahatı alınmamışdır. Məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-276/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutub, qərara aldı: Göyçay rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №8(046)-72/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-72/2023
13.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver