Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-73/2023 13.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, Göyçay rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(046)-1772/2022 saylı icra sənədi üzrə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması haqqında Göyçay rayon İcra və Probasiya şöbəsinin böyük icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(046)-1772/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu xx.xx.2021-ci tarixli müqavilə üzrə 499 manat 10 qəpik borcun, 49 manat 80 qəpik cərimə borcu olmaqla, cəmi 549 manat borcun və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1915 manat borcun, 1 manat cərimə borcu olmaqla, cəmi 1916 manat borcun, hər iki müqavilə üzrə 2465 manat və 44 manat 65 qəpik dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. İcra sənədini icra edən Göyçay rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus ** BX *** dövlət qeydiyyat nişanlı, “Vaz 21013” markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını və tələbin həmin əmlaka yönəldilməsini xahiş etmişdir. Təqdimata görə Borclu rəsmi qaydada qərar və bildiriş göndərilməklə, Göyçay rayon İcra və Probasiva Şöbəsinə dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə barəsində olan pulları tələbkar ”ABC-Telecom” MMC-nin xeyrinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 10 gün müddətinə könüllü səkildə ödəməsi təklif edilmişdir. Lakin Borclu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə məhəl qoymayaraq 10 gün müddətində şöbəyə gəlməmiş və barəsində olan pulları tələbkar Borclu xeyrinə könüllü səkildə ödəməmişdir. Belə olduğu halda Borclu təkrarən rəsmi bildiriş göndərilməklə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi izah edilmiş, lakin o, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə məhəl qoymamaqla şöbəyə gəlməmiş yəni, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilən 2 ay müddət ərzində o, barəsində olan pulları tələbkar "xxxx" MMC-nin xeyrinə ödəməməklə icra isini icra etməmişdir. Belə olduğu halda icra isinin icra olunması məqsədi ilə lazımı icra tədbirləri həyata keçirilmiş və şöbəyə məlum olmuşdur ki, Borclu heç bir yerdə isləməməklə, heç bir təqaüd növü almır, onun adına heç bir qiymətli əşya və əmlakı, evi, daşınar və daşınmaz əmlakı, mal-qarası olmamaqla, heç bir banklarda adına hesabı və pulu yoxdur, həmçinin vergi ödəyicisi kimi qeydiyyatda olmamaqla yoxdur. Lakin Borclu adına “Vaz 21013 minik” markalı, 23- BX-635 dövlət qeydiyyat nişanlı avtomaşın X2 İmtahan və X3 qeydiyyata alınmışdır. Odur ki, Borclu adına aşkar olunmuş “Vaz 21013 minik” **-BX-*** markalı, dövlət qeydiyyat nişanlı avtomaşının istifadə hüquqlarının qadağanlaşdırılması və gələcəkdə həmin pulun Borclu alınaraq Tələbkar MMC-nin xeyrinə ödətdirilməsindən ötrü Borclu əmlakının üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasına tələbkar, borclu və təqdimat vermiş şəxs gəlməmiş, Tələbkar MMCnin problemli kreditlər departamentinin rəhbəri Rauf Süleymanlı teleqram göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə,habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatın əsaslılığını yoxlayıb, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib,hesab edir ki, təqdimat aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Təqdimata əlavə olunmuş şəxsin kartoçkasının surətindən görünür ki, ** BX *** dövlət qeydiyyat nişanlı, “Vaz 21013” markalı nəqliyyat vasitəsi Borclu adına qeydiyyata alınmışdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, təqdimat əsaslı olduğundan Borclu məxsus ** BX *** dövlət qeydiyyat nişanlı, “Vaz 21013” markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoymaqla və satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi ilə məcburi icra tədbiri tətbiq olunmalı, bununla da təqdimat təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutub qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus ** BX *** dövlət qeydiyyat nişanlı, “Vaz 21013” markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Göyçay rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(046)-1772/2022 saylı icra sənədi üzrə tələb həmin əmlaka yönəldilsin. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №8(046)-73/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-73/2023
13.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver