Məhkəmə qərarları › İş №8(046)-75/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-75/2024

20.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-75/2024 20.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1558/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu tələbkar X2 xeyrinə tutulan aliment borcunu ödəməmişdir. Həmçinin borclunun icra sənədi üzrə tələbi təmin etməsi üçün onun ölkəni tərk etmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Təqdimata baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Göyçay rayon İcra və Probasiya Şöbəsinə, tələbkara və borcluya məlumat verilmiş, lakin icra məmuru, tələbkar və borclu məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə icra məmurunun və tələbkarlar iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, icra işi üzrə Borclu aliment borcunu tələbkar X4 ödəməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 395, 396-cı maddələrini rəhbər tutan məhkəmə Q Ə R A R V E R D İ: Təqdimat təmin edilsin. Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1558/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icraatında olan icra işi üzrə borclu ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Bu barədə Borclu, tələbkar X4 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar