Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-80/2023 24.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, X5 iştirakı ilə, Göyçay rayon Məhkəməsinin 2(046)-1459/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəyə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 məhkəməyə müraciət edərək Göyçay rayon Məhkəməsinin 2(046)-1459/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinə və Tələbkar məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilmiş, lakin tərəflər məhkəmədə iştirak etməmişlər. X3 ərizəni müdafiə edərək göstərmişdir ki, X2 Üzirə Siyavuş qızına qarşı “alğı-satqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın əsassız olduğu üçün rədd edilməsi, Göyçay rayon Notariat Ofisi tərəfindən 20 aprel 2021-ci il tarixli 4Ə-399 reyestrlə təsdiqlənmiş, Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evinin Tələbkar satılmasına dair onunla Tələbkar arasında bağlanmış alğı-satqı müqaviləsinin; Göyçay rayon Notariat Ofisi tərəfindən 26 may 2021-ci il tarixli 4Ə-533 reyestrlə təsdiqlənmiş, Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsinin Tələbkar satılmasına dair onunla Tələbkar arasında bağlanmış alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqavilələri əsasında DƏDRX- nin 16 saylı Ərazi İdarəsi tərəfindən Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsinə və Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evinə dair Tələbkar adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-1459/2022 nömrəli iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Ailəsi ilə birlikdə Göyçay rayonu, Potu kəndində yerləşən fərdi yaşayış evində yaşayır, qeyd olunan fərdi yaşayış evi onların yeganə yaşayış yeridir, borclu X5 və ailə üzvlərinin başqa yerdə yaşamağa imkanları yoxdur, borclu X5 və ailə üzvlərinin başqa yaşayış yerinə köçməsinə 1 (bir) il vaxt lazımdır. Əks halda borclu X8 və ailə üzvlərinin əmlakları küçəyə töküləcək və onlar çox ağır vəziyyətlə üz-üzə qalacaqdır. Buna görə də qətnamənin icrasına 01 il müddətinə möhlət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, X6 ərizəsi təmin edilə bilməz. X1 məhkəmə baxışı zamanı verdiyi izahatla müəyyən olunur ki, Göyçay rayon Məhkəməsinin 2(046)-1459/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdehlər X8 və X4 iddiaçı Tələbkar mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən, ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evindən çıxarılmışdır. Məhkəmə hesab edir ki, X5 başqa yerdə evinin olmadığı ilə bağli göstərdikləri, eləcə də qətnamənin icrasına bir il möhlət verilməsi iş üzrə Tələbkar mülkiyyət hüquqlarının pozulmasına ilə nəticələnir. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və ya qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsi ilə müyyən edilmiş qaydada baxır. Məhkəmə hesab edir ki, X6 Göyçay rayon Məhkəməsinin 2(046)-1459/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına 01 il möhlət verilməsi barədə tələbi təmin edilməməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Ərizə təmin edilməsin. X6 Göyçay rayon Məhkəməsinin 2(046)-1459/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına 01 il möhlət verilməsi barədə ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: İ.B.Fəttahov
Məhkəmə qərarları › İş №8(046)-80/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-80/2023
24.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver