Məhkəmə qərarları › İş №8(046)-92/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-92/2024

09.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-92/2024 09.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(046)-1559/2023 saylı icra sənədi üzrə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması haqqında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 məhkəməyə təqdimatla müraciət edərək bildirmişdri ki, Göyçay Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(046)-1559/2023 saylı icra sənədinə əsasən Borclu 13 yanvar 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olmuşdur ki, «Vaz 21074» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu məxsusdur. Təqdimatda həmin avtomobilin üzərinə həbs qoyması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi xahiş edilmişdir. Təqdimat baxılmasının vaxtı və yeri barədə bildirişin təqdimat vermiş şəxsə, tələbkara və borcluya göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(046)-1559/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsinin 22 avqust 2023cü il tarixli, 2(046)-1559/2023 saylı icra vərəqəsinə əsasən icraata başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, Borclu adına «Vaz 21074» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 43.1-ci maddəsinə əsasən Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3-cü maddəsinə əsasən tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4-cü maddəsinə əsasən icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5-ci maddəsinə əsasən bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2-ci maddəsinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra haqqında qanunvericiliyə əsasən icra sənədi icraata daxil olduqdan sonra icra məmuru 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul edərək tərəflərə göndərir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Borclu tərəfindən tələb könüllü icra müddətində icra edilmədikdə icra məmuru icra haqqında qanunvericiliklə müəyyən edilən məcburi icra tədbirləri görə bilər. Məhkəmə qeyd edir ki, icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, 14 oktyabr 2023-cü il tarixdə Borclu imza edərək götürmüşdür. Borclu icra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində aliment borcundan heç bir ödəniş etməmiş, icra sənədinin icra olunması istiqamətində çətinliklər yaratmışdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, təqdimat əsaslı olduğundan Borclu məxsus «Vaz 21074» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoymaqla və satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi ilə məcburi icra tədbiri tətbiq olunmalı, bununla da təqdimat təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus «Vaz 21074» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Göyçay Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(046)-1559/2023 saylı icra sənədi üzrə tələb həmin əmlaka yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar