Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 8(046)-95/2023 30.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına Göyçay şəhərində xx.xx.2023-cü il tarixdə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək Qəbələ rayon Məhkəməsinin 2(025)-279/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Məhkəməsinin 2(025)- 279/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu Tələbkar xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq 04 avqust 2012-ci il təvəllüdlü X4 və 02 fevral 2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində aliment ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə başlanılmış, eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmiş, lakin icra sənədinin icrası könüllü olaraq təmin edilməmişdir. Borclu borcunu ödəmədiyinə görə icra məmuru tərəfindən təkrar yazılı bildiriş göndərilmiş və dəfələrlə şifahi qaydada şöbəyə dəvət olunsa da o, çağırışa məhəl qoymayaraq gəlməmiş və borcunu ödəməkdən yayınmışdır. İcra sənədlərinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron İcra" İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən adına hər hansı daşınar və ya daşınmaz əmlak, yaşadığı mənzildə tələbin yünəldilə biləcəyi digər qiymətli əşya aşkar olunmamışdır. Hal-hazırda borclunun rəsmi iş yeri yoxdur. Məhkəmə qərarı üzrsüz səbəbdən icra edilmədiyinə görə Borclu Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(046)-534/2023 saylı qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu barəsində məhkəmə qərarının olması, habelə tələbkara olan borcunun ödənilməsindən qərəzli olaraq yayınması Borclu hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə mane olur. Təqdimata baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Göyçay rayon İcra və Probasiya Şöbəsinə və tələbkara məlumat verilmiş, lakin icra məmuru və tələbkar məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu izahat verərək göstərmişdir ki, Qəbələ rayon Məhkəməsinin 2(025)-279/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan Tələbkar xeyrinə iki uşağın saxlanması üçün 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Fərdi əməklə məşğul olur. Qazancı qeyri müəyyəndir. Aliment borcundan bu günədək 1820 manat ödəniş etmiş, 1060 manat qalıq borcunu isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Buna görə də təqdimantın təmin edilməməsini xahiş etmişdir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Təqdim edilmiş sübutlardan görünür ki, icra işi üzrə Borclu Tələbkar aliment borcu 1060 manat təşkil edir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231,263, 264, 268, 395, 396-cı maddələrini rəhbər tutan məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Qəbələ rayon Məhkəməsinin 2(025)-279/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №8(046)-95/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №8(046)-95/2023
30.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver