Məhkəmə qərarları › İş №8(047)-1/2024

Laçın Rayon Məhkəməsi Qərardad — İş №8(047)-1/2024

03.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 8(047)-1/2024 03.06.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Laçın Rayon Məhkəməsinin 2(047)-322/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Tələbkar icra məmuru Emin Qasımovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Tələbkar icra məmuru Emin Qasımov təqdimatla məhkəməyə müraciət edərək Laçın rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(047)-322/2023 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə və icra məmuruna rəsmi məlumat verilsə də, onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Belə olan halda məhkəmə heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməyən tərəflərin və icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını, qanunvericiliyin norma və prinsiplərini nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı iş ərazi aidiyyəti qaydasında baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Laçın rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 2(047)-322/2023 saylı icra sənədi verilərkən Laçın rayon icra və probasiya şöbəsi mövcud olmadığından Laçın rayon məhkəməsi tərəfindən verilmiş qeyd edilən icra sənədi icra olunması üçün Laçın rayon icra və probasiya şöbəsinin səlahiyyətlərini icra edən Tələbkarnə göndərilmişdir. Lakin hal-hazırda Laçın rayon icra və probasiya şöbəsi bərpa edilərək fəaliyyətə başladığından məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən Laçın Rayon Məhkəməsi Tələbkar icra məmurunun olduğu yer üzrə deyil, yalnız Laçın rayon icra və probasiya şöbəsinin icra məmurunun olduğu yer üzrə həmin şöbə tərəfindən verilmiş müvafiq təqdimatlara baxmağa səlahiyyətlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin, MPM-nin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. MPM-nin 44.1-ci maddəsinə əsasən aidiyyat qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. MPM-nin 44.2.1-ci maddəsinə əsasən məhkəmə işi, əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə başqa məhkəmədə baxılmağa verir. MPM-nin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. MPM-nin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. MPM-nin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. MPM-nin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən belə qənaətə gəlir ki, Laçın Rayon Məhkəməsinin 2(047)-322/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə, yəni Ağcabədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimat MPM-nin 231.3-cü maddəsinin tələblərinə əsasən ərazi aidiyyəti üzrə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-nin 44, 45, 231.3, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Laçın Rayon Məhkəməsinin 2(047)-322/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Tələbkar icra məmuru Emin Qasımovun təqdimatı aidiyyəti üzrə baxılması üçün Acabədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar