Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 8(047)-15/2025 21.07.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Borclu1 iştirakı ilə, Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(047)-177/2025 saylı icra sənədi üzrə Borclu1 məxsus “Mersedes Benz 190” minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz C 240” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru Emin Qasımovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru Emin Qasımov təqdimatla məhkəməyə müraciət edərək Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(047)-177/2025 saylı icra sənədi üzrə Borclu1 məxsus “Mersedes Benz 190” minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz C 240” minik markalı **-ME- *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(047)-177/2025 saylı icra sənədinə əsasən cavabdehlər Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada əsas borc üzrə 11228,46 manat, faiz borcu üzrə 379,06 manat, 05 manat cərimə, cəmi, 11612,52 (on bir min altı yüz on iki manat əlli iki qəpik) manat məbləğində borc pulun və 124,87 (bir yüz iyirmi dörd manat səksən yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 7,34 (yeddi manat otuz dörd qəpik) manatının iddiaçının hesabına aid edilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq borclular 10 gün könüllü müddət ərzində tələbkarın tələbini təmin etməmiş, o cümlədən tələbin ödənilməsi istiqamətində heç bir təşəbbüs göstərilməmişlər. Ona görə də göstərilən əsasların mövcud olması məcburi icra tədbirlərinin tətbiqi zərurətini yaratmışdır. Görülmüş icra tədbirləri nəticəsində borclulardan biri olan Borclu1 adına “Mersedes Benz 190” minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz C 240” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olması aşkar olunmuşdur. Belə ki, Borclu1 haqqında portaldan çıxarılmış məlumatından görünür ki, Borclu1 adına “Mersedes Benz 190” minik markalı **- VR-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz C 240” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyata alınmışdır. Odur ki, Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(047)-177/2025 saylı icra sənədi üzrə Borclu1 məxsus “Mersedes Benz 190” minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz C 240” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Borclu1 izahatında göstərmişdir ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-177/2025 saylı icra sənədinə əsasən kredit borcu üzrə borc məbləği onun tərəfindən hissə-hissə ödənilir. Ona görə də, onun avtomobillərinin üzərinə həbs qoyulmasını düzgün hesab etmir. Qeyd edilənlərə əsasən də, təqdimatın rədd edilməsini xahiş edir. Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Tariyel İsmayılov məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə digər borclular Borclu2, Borclu3 və icra məmuruna rəsmi məlumat verilsə də onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Belə olan halda məhkəmə heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməyən borclular Borclu2, Borclu3 və icra məmurunun iştirakları olmadan təqdimata baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını, qanunvericiliyin norma və prinsiplərini nəzərdən keçirib hesab edir ki, Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(047)- 177/2025 saylı icra sənədi üzrə Borclu1 məxsus “Mersedes Benz 190” minik markalı **- VR-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz C 240” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Borclu1 haqqında portaldan çıxarılmış məlumatdan görünür ki, Borclu1 adına “Mersedes Benz 190” minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz C 240” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyata alınmışdır. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin göstərişinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.4.1-ci maddəsinə əsasən tələbkara verilməsi və satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Beləliklə, məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb belə qənaətə gəlir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(047)-177/2025 saylı icra sənədi üzrə Borclu1 məxsus “Mersedes Benz 190” minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz C 240” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(047)-177/2025 saylı icra sənədi üzrə Borclu1 məxsus “Mersedes Benz 190” minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz C 240” minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №8(047)-15/2025
Laçın Rayon Məhkəməsi Qərardad — İş №8(047)-15/2025
21.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver