Məhkəmə qərarları › İş №8(047)-16/2025

Laçın Rayon Məhkəməsi Qərardad — İş №8(047)-16/2025

01.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 8(047)-16/2025 01.08.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Laçın rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(047)-804/2023 saylı icra sənədi üzrə Borclu məxsus “OPEL ASTRA” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Laçın rayon icra və probasiya şöbəsinin rəisi vəsifəsini icra edən Anar Hüseynovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Laçın rayon icra və probasiya şöbəsinin rəisi vəsifəsini icra edən Anar Hüseynov təqdimatla məhkəməyə müraciət edərək Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(047)-804/2023 saylı icra sənədi üzrə Borclu məxsus “OPEL ASTRA” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(047)-804/2023 saylı icra sənədinə əsasən cavabdeh Borclu 3025 (üç min iyirmi beş) manat sığorta ödənişi məbləği və 50,25 (əlli manat iyirmi beş qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 3075,25 (üç min yetmiş beş manat iyirmi beş qəpik) manat pulun tutularaq iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq borclu 10 gün könüllü müddət ərzində tələbkarın tələbini təmin etməmiş, o cümlədən tələbin ödənilməsi istiqamətində heç bir təşəbbüs göstərilməmişdir. Ona görə də göstərilən əsasların mövcud olması məcburi icra tədbirlərinin tətbiqi zərurətini yaratmışdır. Görülmüş icra tədbirləri nəticəsində Borclu adına “OPEL ASTRA” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması aşkar olunmuşdur. Belə ki, Borclu haqqında portaldan çıxarılmış məlumatından görünür ki, Borclu adına “OPEL ASTRA” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Odur ki, Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(047)-804/2023 saylı icra sənədi üzrə Borclu məxsus “OPEL ASTRA” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə və icra məmuruna rəsmi məlumat verilsədə, onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Belə olan halda məhkəmə heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməyən tərəflərin və icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını, qanunvericiliyin norma və prinsiplərini nəzərdən keçirib hesab edir ki, Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(047)- 804/2023 saylı icra sənədi üzrə Borclu məxsus “OPEL ASTRA” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Borclu haqqında portaldan çıxarılmış məlumatdan görünür ki, Borclu adına “OPEL ASTRA” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin göstərişinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.4.1-ci maddəsinə əsasən tələbkara verilməsi və satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Beəliklə, məhkəmə, təqdimatı və icra işinin materiallarını araşdırıb belə qənaətə gəlir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(047)-804/2023 saylı icra sənədi üzrə Borclu məxsus “OPEL ASTRA” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(047)-804/2023 saylı icra sənədi üzrə Borclu məxsus “OPEL ASTRA” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar