Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 8(047)-2/2024 25.07.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim vəzifəsini müvəqqəti icra edən Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Tələbkarın nümayəndəsi Nümayəndə iştirakı ilə, Laçın Rayon Məhkəməsinin 2(047)-1281/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmri üzrə Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Elmir İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2018-cu il tarixli qərarın ləğv edilməsi barədə Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi Departamentinin Problemli kreditlərlə iş idarəsinin direktoru Elnur Quliyev tərəfindən verilən şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Tələbkar LPO Tələbkar ASC Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X2 rayon Məhkəməsinin 2(047)-1281/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 31 avqust 2018-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi izahatında bildirmişdir ki, Laçın rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(047)-1281/2017 saylı icra sənədinə əsasən Borclu 509,30 (beş yüz doqquz manat 30 qəpik) manat borcun və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. İcra sənədinin icra vəziyyəti haqqında məlumat əldə etmək üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə müraciət olunmuş və icra sənədi üzrə icraata böyük icra məmuru Elmir İsmayılov tərəfindən 31 avqust 2018-ci il tarixdə xitam verildiyi müəyyən olunmuşdur. Sorğuya təqdim edilmiş cavab məktubuna əlavə edilmiş xitam qərarın sürətindən aydın omuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2018-ci il tarixli məktubunda borcun tam ödənilməsi qeyd olunmuşdur. Dövlət Sosial Müdafiə Fondu borcludan tutulmuş vəsaitin tələbkar bankın hesabına tam köçürülməməsinə və qətnamə üzrə tam ödənişin həyata keçirilməməsinə baxmayaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Elmir İsmayılov tərəfindən işin faktiki halları nəzərə alınmadan, yalnız formal olaraq Dövlət Sosial Müdafiə Fondunun məktubuna əsaslanılaraq icra işi üzrə xx.xx.2018-ci il tarixdə “İcra Haqqında” qanunun 20.1.5 maddəsinə istinad edilərək xitam qərarı qəbul edilmişdir. Lakin, araşdırma zamanı müəyyən olunmuşdur ki, izra sənədi üzrə cəmi 200,18 manat ödəniş olunmuşdur. Odur ki, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcra məmuruna (icra qurumuna) və borcluya məhkəmə tərəfindən iclasının vaxtı və yeri barədə məktub göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətə və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Laçın rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(047)-1281/2017 saylı icra sənədindən görünür ki, Borclu 509,30 (beş yüz doqquz manat 30 qəpik) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Elmir İsmayılov tərəfindən qəbul edilən 31 avqust 2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Laçın Rayon Məhkəməsinin 2(047)- 1281/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan LPO Tələbkar ASC-nin xx.xx.2017-xx.xx.2024-cü illər üzrə çıxarışından görünür ki, Borclu Banka olan borcundan 200,18 manat ödəniş olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyən edilmişdir ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Elmir İsmayılov tərəfindən 31 avqust 2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. İcra məmuru belə qənaətə gəlmişdir ki, icra sənədi borclu tərəfindən tam icra olunmuşdur. Lakin, iş materiallardan görünür ki, icra sənədi üzrə tutulmalı olan cəmi 529,30 manat puldan yalnız 200,18 manat ödəniş olunmuşdur. Göründüyü kimi, icra sənədi tam icra olunmadan Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Elmir İsmayılov tərəfindən 31 avqust 2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Bununla da icra qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi mbarədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, icra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Laçın Rayon Məhkəməsinin 2(047)-1281/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Elmir İsmayılov tərəfindən qəbul edilmiş 31 avqust 2018-cu il tarixli qərarı ləğv edilməli və həmin icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi davam etdirilməlidir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-269cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Laçın Rayon Məhkəməsinin 2(047)-1281/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Elmir İsmayılov tərəfindən qəbul edilmiş 31 avqust 2018-cu il tarixli qərarı ləğv edilsin və həmin icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi davam etdirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verlidikdən sonra 10 gün müddətinə Laçın Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №8(047)-2/2024
Laçın Rayon Məhkəməsi Qərardad — İş №8(047)-2/2024
25.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver