Məhkəmə qərarları › İş №8(047)-21/2025

Laçın Rayon Məhkəməsi Qərardad — İş №8(047)-21/2025

03.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 8(047)-21/2025 03.11.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Tələbkar borclular Borclu1, Borclu2, Borclu3, maraqlı şəxslər Maraqlı şəxs2nə və Maraqlı şəxs1nə qarşı «ödənilməli pul məbləğinin indeksasiya edilməsinə» dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : Tələbkar borclular Borclu1, Borclu2, Borclu3, maraqlı şəxslər Maraqlı şəxs2nə və Maraqlı şəxs1nə qarşı «ödənilməli pul məbləğinin indeksasiya edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Laçın Rayon Məhkəməsinin 2(047)-165/2013 saylı, xx.xx.2013-cü il tarixli məhkəmə əmrinə əsasən borclular Borclu1, Borclu2 və Borclu3 cəmi 2156 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını, həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan 2156 manat məbləğində tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ona görə də, Laçın Rayon Məhkəməsinin 2(047)- 165/2013 saylı, xx.xx.2013-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 2156 manat məbləğin indeksləşdirilərək 2013-cü il tarixdən 2025-ci ilin aprel ayınadək 206,2 faiz artımı (2156 AZN x 206,2 % = 4445,67 AZN) nəzərə alınaraq cəmi 6601,67 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflərə və icra məmurlarna məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, Tələbkar məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirilib ərizəsinin təmin olunmasını xahiş etmiş, borclular və icra məmurları isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırkı ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən tələbkarın, borcluların və icra məmurlarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Tələbkar ərizəsini digər materiallarla birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Laçın Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli məhkəmə əmrindən görünür ki, borclular Borclu1, Borclu2 və Borclu3 1135 manat əsas, 950 manat cərimə borcu, 50 manat nümayəndə xərci və 21 manat ödənilmiş dövlət rüsumunun tutularaq Tələbkar ödənilməsi barədə əmr çıxarılmışdır. İş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon İcra Şöbəsinin 27 oktyabr 2025ci il tarixli məktubundan görünür ki, Laçın Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli məhkəmə əmri xx.xx.2025-ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və digər gəlirlər olmadığından icra sənədini vermiş məhkəməyə qaytarılması ilə bağlı qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, istehlak qiymətləri indeksi 2025-ci ilin sentyabr ayında 2013-cü ilin aprel ayına nisbətən 204,9 faiz təşkil etmişdir. Qeyd edilən hesablamalardan da görünür ki, həmin dövr üçün 2156 manatın indeksi ümumilikdə (2156 x 204,9 % = 4417,64) 4417,64 (dörd min dörd yüz on yeddi manat altmış dörd qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsində göstərilmişdir ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Laçın Rayon Məhkəməsinin əmrinin qəbul olunduğu və icraya yönəldiyi vaxtdan xeyli müddət keçdiyindən və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışından da göründüyü kimi bu müddət ərzində Azərbaycan Respublikasının ərazisində istehlak qiymətləri dəyişdiyindən məhkəmə hesab edir ki, məhkəmə əmrinin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyası həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Həmçinin, "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilınəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin minimum istehlak büdcəsini hesablamaq üçün qəbul edilmiş istehlak malları və xidmətlər səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. Beləliklə, məhkəmə müəyyən olunmuş işin faktiki hallarına və qeyd olunan hüquq normalarına qiymət verərək belə qənaətə gəlir ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli məhkəmə əmri üzrə Tələbkar borclular Borclu1, Borclu2, Borclu3, maraqlı şəxslər Maraqlı şəxs2nə və Maraqlı şəxs1nə qarşı «ödənilməli pul məbləğinin indeksasiya edilməsinə» dair ərizəsi qismən təmin edilməli və Laçın Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli məhkəmə əmri üzrə borclular Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada alınaraq Tələbkar verilməli olan 2156 manat məbləğində borc pul indeksasiya edilməklə (2156 x 204,9 % = 4417,64) 4417,64 (dörd min dörd yüz on yeddi manat altmış dörd qəpik) manat həcmində icra olunmalı və ərizə qalan hissədə isə əsassız olduğundan rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci , 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin 2(047)-165/2013 saylı, 26 aprel 2013-cü il tarixli məhkəmə əmri üzrə borclular Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada alınaraq Tələbkar verilməli olan 2156 manat məbləğində borc pul indeksasiya edilməklə (2156 x 204,9 % = 4417,64) 4417,64 (dörd min dörd yüz on yeddi manat altmış dörd qəpik) manat həcmində icra olunsun. Ərizə qalan hissədə isə əsassız olduğundan rədd edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar