Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 8(047)-22/2025 03.11.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Tələbkar borclular Borclu1, Borclu2, maraqlı şəxslər Maraqlı şəxs2nə və Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə qarşı Laçın Rayon Məhkəməsinin 2(047)-25/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş ödənilməli olan pul məbləğinin indeksasiya edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Tələbkar borclular Borclu1, Borclu2, maraqlı şəxslər Maraqlı şəxs2nə və Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə qarşı Laçın Rayon Məhkəməsinin 2(047)-25/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş ödənilməli olan pul məbləğinin indeksasiya edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Lakin Tələbkar sonradan məhkəməyə ərizə göndərərək indeksasiya ilə bağlı müraciət olunmuş ərizəsinə münasibət bildirilmədən (baxılmadan) geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclulara və icra məmurlarına məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, iş üzrə tələbkarın, borcluların və icra məmurlarının iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə belə qənaətə gəlir ki, Tələbkar ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən, borclular isə məsələnin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən Tələbkar borclular Borclu1, Borclu2, maraqlı şəxslər Maraqlı şəxs2nə və Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə qarşı Laçın Rayon Məhkəməsinin 2(047)- 25/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş ödənilməli olan pul məbləğinin indeksasiya edilməsi tələbinə dair ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər tələbkara geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası МPМ-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tələbkar borclular Borclu1, Borclu2, maraqlı şəxslər Maraqlı şəxs2nə və Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə qarşı Laçın Rayon Məhkəməsinin 2(047)-25/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş ödənilməli olan pul məbləğinin indeksasiya edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə olunmuş sənədlər tələbkara geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №8(047)-22/2025
Laçın Rayon Məhkəməsi Qərardad — İş №8(047)-22/2025
03.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver