Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 8(047)-3/2023 11.09.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim vəzifəsini müvəqqəti icra edən Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli, 2(047)- 839/2021 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli, 2(047)-839/2021 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimatdan görünür ki, Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli, 2(047)-839/2021 saylı icra sənədinə əsasən cavabdeh Borclu dəymiş zərərin əvəzi olaraq 246000 (iki yüz qırx altı min) manat pul alınıb iddiaçı X4 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraatda olan Borclu rəsmi qaydada poçt vasitəsi ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qərar və tələbin könüllü icrası üçün bildiriş göndərilmişdir. Ancaq borclu təyin olunmuş könüllü müddət ərzində icra sənədində göstərilən tələbi tam təmin etməmişdir. Əksinə borclu məhkəmə qətnaməsində göstərilən tələbi ödəməkdən yayınaraq, tələbin ödənilməsi istiqamətində heç bir zəruri tədbirlər görməmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti yoxlanılmış və müvafiq orqanlara sorgular göndərilmişdir. Ona görə də Borclu ölkədən getmək hüququ icra sənədinin icrası başa çatana qədər məhdudlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən də “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli, 2(047)-839/2021 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə və icra məmuruna rəsmi məlumat verilsədə, onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Belə olan halda məhkəmə heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməyən tərəflərin və icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını, qanunvericiliyin norma və prinsiplərini nəzərdən keçirib hesab edir ki, Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli, 2(047)-839/2021 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə, Ağcabədi rayon icra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatını və icra işinin materiallarını araşdırıb belə qənaətə gəlir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli, 2(047)-839/2021 saylı icra sənədinə əsasən Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Laçın Rayon Məhkəməsi tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli, 2(047)- 839/2021 saylı icra sənədinə əsasən Borclu həmin icra sənədi üzrə borc ödənilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №8(047)-3/2023
Laçın Rayon Məhkəməsi Qərardad — İş №8(047)-3/2023
11.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver