Məhkəmə qərarları › İş №8(047)-4/2023

Laçın Rayon Məhkəməsi Qərardad — İş №8(047)-4/2023

26.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 8(047)-4/2023 26.10.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Laçın Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(047)-1693/2017 saylı əmri üzrə icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında Maraqlı şəxs xx.xx.2019cu il tarixli qərarının ləğv edilməsi barədə Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi Departamentinin Problemli kreditlərlə iş idarəsinin direktoru Nümayəndə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Laçın Rayon Məhkəməsinin 2(047)-1693/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyası, Yaşenskiy rayonunda anadan olan və Laçın şəhəri H.Aslanov küçəsi ev 122-də qeydiyyatda olan, hal-hazırda məcburi köçkün kimi Abşeron rayonu Pirəkəşkül qəsəbəsi hərbi şəhərcik ev 104 mənzil 25-də məskunlaşan X1 (əlaqə tel. ***-***-**-**; ***-***-**-**;***-***-**-**) 3165,20 ABŞ dolları əsas, 411,47 ABŞ dolları faiz, 307,01 ABŞ dolları cərimə borcu, cəmi 3883,68 ABŞ dolları məbləğində pulun ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan Respublikası manatı ifadəsində borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Bakı şəhəri 1008 Qarabağ küçəsi 31-də yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə əmr çıxarılmış və qeyd edilən məhkəmə əmri icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs icra məmuru Elmir İsmayılovun xx.xx.2019-cu il tarixli qərarına əsasən "İcra haqqında" Qanunun 20.1.5 və 20.2-ci maddələrinə istinadla yuxarıda qeyd edilən icra sənədinin icraatına xitam verilmiş və məhkəmə əmri qərarla birlikdə məhkəməyə geri qaytarılmışdır. Bundan sonra Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi Departamentinin Problemli kreditlərlə iş idarəsinin direktoru Nümayəndə şikayət ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi Departamentinin Problemli kreditlərlə iş idarəsinin direktoru Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs icra məmuru Elmir İsmayılov xx.xx.2019-cu il tarixdə Laçın Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(047)-1693/2017 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(047)-1693/2017 saylı əmrinə əsasən cavabdeh X1 "xxxx" ASC-nin xeyrinə cəmi 3883.68 (üç min səkkiz yüz səksən üç dollar 68 sent) USD, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat pulun tutulması əmr edilmişdir. İcra məmuru öz qərarını onunla əsaslandırmışdır ki, icra sənədi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşdüyü üçün icraata xitam vermişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq vətəndaş banka müraciət etməlidir və bundan sonra borclu ilə yeni kredit müqaviləsi bağlanmalıdır. Lakin, borclu X2 ilə bank arasında yeni bir razılaşma olmamışdır. Hesab edirlər ki, icra məmurunun qərarı əsassız olduğuna görə ləğv edilməlidir. Nəzərə çatdırırlar ki, borclunun "xxxx" ASC-yə icra sənədi üzrə olan borc öhdəliyi bu günədək tələbkar qarşısında icra olunmamışdır. Odur ki, Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə borcluya, tələbkara və Maraqlı şəxsnə rəsmi məlumat verilsə də, onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş üzrə tərəflərin və icra məmurunun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, əlavə edilmiş sənədləri və mülki işdə olan digər sənədləri araşdırıb belə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.3-ci maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmə iş materiallarını və qanunvericiliyin normalarını nəzərdən keçirib belə hesab edir ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarı "İcra haqqında" Qanunun tələbləri pozulmaqla qəbul olunduğundan ləğv edilməli və icra sənədinin icrasının tam təmin edilməsindən ötrü qeyd edilən icra sənədi icra şöbəsinə qaytarılmalıdır. Belə ki, iş materiallarını nəzərdən keçirən zaman müəyyən olunur ki, Laçın Rayon Məhkəməsinin 2(047)-1693/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən verilmiş icra sənədi tam icra olunmamış, yəni icra məmuru tərəfindən qeyd edilən icra sənədinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşməsinə dair hər hansı bir sübut növü icra sənədi üzrə icraata xitam verilməsi barədə qərara əlavə edilməmişdir. Beləliklə icra sənədi tam icra olunmadığından məhkəmə, şikayətin təmin edilməsi, yəni Laçın Rayon Məhkəməsinin 2(047)-1693/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi barədə Maraqlı şəxs icra məmuru Elmir İsmayılovun xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və icra sənədinin qanunla müəyyən edilən qaydada icra hərəkətlərinin davam etdirilməsindən ötrü Abşeron rayon icra şöbəsinə qaytarılması qənaətinə gəlir. Şərh olunanlara əsaslanaraq "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264 və 266-268-ci maddələrinin rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Laçın Rayon Məhkəməsinin 2(047)-1693/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi barədə Maraqlı şəxs icra məmuru Elmir İsmayılovun xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. İcra sənədi qanunla müəyyən edilən qaydada icra hərəkətlərinin davam etdirilməsindən ötrü Maraqlı şəxsnə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Laçın Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar