Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 8(047)-5/2025 13.03.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, X1 məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : X2 məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəməyə ünvanladığı ərizənin məzmunundan müəyyən olunur ki, o, Tələbkar ASC-dən götürdüyü kredit borcunu ödəməkdə çətinlik çəkir. Hazırda işsiz olduğu üçün borcu tam şəkildə ödəyə bilmir. Mövcud maliyyə çətinliklərinə baxmayaraq, borcunu hissə-hissə ödəmək niyyətindədir. Məhkəmədən xahiş edir ki, borcun aylıq ödəniş məbləğini 50 manat etməklə ona güzəşt edilməsinə dair qərardad çıxarılsın. Məhkəməyə təqdim olunmuş ərizənin təmin olunmasını və borcunun ödəmə şərtlərinin yüngülləşdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə borcluya və tələbkara rəsmi məlumat verilsə də, onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Tələbkar ASC-nin nümayəndəsi Taryel İsmayılov etiraz və ərizə göndərərək bildirmişdir ki, X1 "qətnamənin hissəhissə icra edilməsi" barədə ərizəsi üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 16:30-da təyin edilmiş, etirazda göstərilənləri müdafiə etdiklərini və ərizəyə nümayəndələrinin iştirakı olmadan baxılaraq, ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu isə heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Belə olan halda məhkəmə heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan ərizəyə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını və qanunvericiliyin normalarını nəzərdən keçirib hesab edir ki, X1 ərizəsi aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Laçın Rayon Məhkəmənin 26 fevral 2025-ci il tarixli 2(047)-197/2025 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X3 2453,89 manat əsas, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş 83,24 manat faiz, 02 manat cərimə olmaqla, cəmi 2539,13 (iki min beş yüz otuz doqquz manat on üç qəpik) manat borc pulun və 45,59 (qırx beş manat əlli doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa, “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş məhkəmə əmri, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibət bildirilərək təsbit edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmənin bu mülahizələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Göründüyü kimi, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən məhkəmə qətnaməsinin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Lakin X2 həmin borcu ödəməyə maddi cəhətdən imkanının olmamasını təsdiq edən rəsmi sənədləri ərizəsinə əlavə etməmiş, maddi vəziyyətində baş verən dəyişikliyi, aylıq qazanclarının və ya başqa gəlirlərinin tələb edilən məbləği ödəməyə maddi cəhətdən imkanının olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ancaq Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra etmək hər bir dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir. Ona görə də məhkəmə hesab edir ki, X2 məhkəmə qərarının icra edilməsinə süni şəkildə maneələr yaradır ki, bu da, son nəticədə Azərbaycan Respublikası adından çıxarılmış qərarın icrasını mümkünsüz edir. Ona görə də X2nun ərizəsi təmin oluna bilməz. Beləliklə məhkəmə sübutlara məcmu qaydada qiymət verib belə qənaətə gəlir ki, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə X2 tərəfindən verilmiş ərizə əsassız olduğundan təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231 və 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilməsin. Laçın Rayon Məhkəmənin 26 fevral 2025-ci il tarixli, 2(047)-197/2025 nömrəli qətnaməsinin hissə-hissə icra olunaraq hər ay 50 manat ödənilməsi barədə X1 ərizəsi əsassız olduğundan rədd edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №8(047)-5/2025
Laçın Rayon Məhkəməsi Qərardad — İş №8(047)-5/2025
13.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver