Məhkəmə qərarları › İş №8(048)-1/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(048)-1/2025

10.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(048)-1/2025 10.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, Lerik Rayon Məhkəməsinin 16(048)-10/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu Lerik rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə Lerik rayon İcra və Probasiya şöbəsindən daxil olmuş təqdimata baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Dilqəm Mütəllimli təqdimatla məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 16(048)-10/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu Lerik rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Hazırda Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru Dilqəm Mütəllimli ərizə ilə məhkəməyə müraciət edərək, zərurət aradan qalxdığından borclunun məcburi gətirilməsi barədə təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəməyə gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq hesab edir ki, təqdimat baxılmadan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Lerik Rayon Məhkəməsinin 16(048)-10/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu Lerik rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə Lerik rayon İcra və Probasiya şöbəsindən daxil olmuş təqdimat geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar